Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Asif ASIMAN AZAD ŞUŞAM

Asif ASIMAN AZAD ŞUŞAM

Na vaxtdır gözlədiyin zaman gəlib, an gəlib,
Hər açılan sabaha bir qızılı dan gəlib.
Görüşünə bax bütöv Azəribaycan gəlib.
Camalına nə gözəl yaraşır bu ad, Şuşanı!
Möhtəşəm, azad Şuşam!

Ötən illər ərzində həsrətdə olsaq da biz, 
Bu xiffətdən saralıb, nə qədər solsaq da biz. 
Göz yaşları içində hər an boğulsaq da biz. 
Bir an da olmamışıq bu hüsnünə yad, Şuşam! 
Möhtəşəm, azad Şuşam!

Ötsə də qərinələr bu yaşda, bu sində sən, 
Bu millət, bu xalq üçün iman da sən, din də sən. 
Bizdən uzaq düşdüyün bu illər ərzində sən. 
Oldun qəsbkarlara atəş, alov, od. Şuşam!
Möhtəşəm, azad Şuşam!

Bu tarixi əbədi yaddaşa həkk eylə, bil. 
Noyabrın 8-I, 2020 -ci il. 
Ali Baş Komandanın sayəsində bu nisgil 
Silindi ürəklərdən, olduq xürrəm, şad, Şuşam!
Möhtəşəm, azad Şuşam!

Bu sevgi könüllərdə həmişə bəslənəcək.
Sülh, zəfər nəğmələri dillərdə səslənəcək.
Dörd yanın başdan- başa yenə çiçəklənəcək, 
Olacaqsan daha da, ecazkar, abad, Şuşam! 
Möhtəşəm azad Şuşam!
Sumqayıt şəhəri, 08.11.2020.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.