Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » AR XİN-in Mətbuat Xidməti İdarəsinin, Nazir Ceyhun Bayramovun Belçika Krallığının Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri xanım Sofi Vilmes ilə görüşünə dair məlumatı

AR XİN-in Mətbuat Xidməti İdarəsinin, Nazir Ceyhun Bayramovun Belçika Krallığının Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri xanım Sofi Vilmes ilə görüşünə dair məlumatı


Nazir Ceyhun Bayramovun Belçika Krallığına işçi səfəri çərçivəsində Belçika Krallığının Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri xanım Sofi Vilmes ilə görüşü baş tutub.
Görüş zamanı Azərbaycan ilə Belçika arasında ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb, Cənub Qaz Dəhlizinin artıq fəaliyyətə başlaması, Cənub Qaz Dəhlizi konsorsiumunda, o cümlədən Belçika şirkətinin də təmsil olunması qeyd olunub.
Tərəflər, həmçinin regiondakı son vəziyyəti müzakirə ediblər. Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən cari ilin 27 sentyabr tarixində başladılan təxribat və ona cavab olaraq Azərbaycanın əks hücum əməliyyatları və 44 gün davam edən Vətən Müharibəsi barədə qarşı tərəfə məlumat verib. Bu müddət ərzində Ermənistan tərəfindən törədilən hərbi cinayətlər, dinc Azərbaycanlı əhalinin məqsədyönlü şəkildə hədəfə alınması, həmçinin Ermənistan tərəfindən xarici ölkələrdəki döyüşçülərin, muzdluların bölgəyə gətirilməsi ilə bağlı çoxsaylı faktların Azərbaycan tərəfində olması və bu məlumatların artıq aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması ilə bağlı məsələlər Belçika nazirinin diqqətinə çatdırılıb.
Ceyhun Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanat, onun icra edilməsi haqqında qarşı tərəfə məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən Nazir Ceyhun Bayramov, yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib.
Görüş zamanı, bəzi Avropa ölkələrinin parlamentləri tərəfindən Azərbaycana qarşı birtərəfli və qərəzli qərarların qəbul edilməsi məsələsinə toxunan Nazir Ceyhun Bayramov, o cümlədən Belçika Parlamentinin də belə bir qərar qəbul etdiyini təəssüflə qarşı tərəfin diqqətinə çatdırıb. O, Belçika hökumətinin izahatı nəticəsində qəbul olunmuş bu qərara beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə istinadın daxil edilməsinə rəğmən, sənəddə bir sıra həqiqəti əks etdirməyən məqamların yer almasının Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına səbəb olduğunu vurğulayıb.
Xanım Sofi Vilmes, öz növbəsində ölkələr arasında əməkdaşlıq münasibətlərinin inkişafında maraqlı olduğunu qeyd edib. O, Belçikanın ikitərəfli münasibətlərin inkişafında hər zaman beynəlxalq hüquq normalarından çıxış etdiyini bildirib. Münaqişədən sonrakı mərhələdə uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması prosesinə diqqəti cəlb edən xanım Sofi Vilmes, bu prosesdə Belçikanın da məmnunluqla iştirak edə biləcəyini söyləyib.
Görüşdə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.