Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Nəcəfkənd-Qələnxur ərazisində kəsilmiş ağacların yerində yeni ağaclar əkilib

Nəcəfkənd-Qələnxur ərazisində kəsilmiş ağacların yerində yeni ağaclar əkilib

Qusar rayonunun dövlət sərhəd zonasında yerləşən Nəcəfkənd-Qələnxur ərazisində ağacəkmə tədbiri keçirilib, bir neçə gün əvvəl sözügedən ərazidə kəsilmiş ağacların yerində yeniləri əkilib.Meşələrin inkişafı xidmətinin rəisi Namik Xıdırov bildirib ki, xidmətin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə karantin qaydalarına əməl olunmaqla ərazidə 1000-dən artıq meşəcinsli ağac əkilib və palıd toxumu səpilib.
Xidmət rəsmisi onu da qeyd edib ki, meşələrin artırılması və yaşıllıq massivlərinin genişləndirilməsi məqsədilə ölkə üzrə meşə fondu torpaqlarının açıq və seyrək sahələrində, kəsilmiş və yanğına məruz qalmış meşə ərazilərində əkin-bərpa işləri aparılır, meşəcinsli ağaclar əkilir, toxumlar səpilir.
“Bu payız 500 hektar meşə fondu torpağında əkin-bərpa işlərinin aparılması nəzərdə tutulub və demək olar ki, artıq işlərin 90 faizi yerinə yetirilib. Ağacəkmə tədbirləri mövsümün sonunadək davam etdiriləcək”. 
N.Xıdırov yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərən və əkin-bərpa işlərində yaxından iştirak edən ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.