Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Regionlarda əkin-bərpa işləri davam edir

Regionlarda əkin-bərpa işləri davam edir

Payız ağac əkini mövsümü başlayandan bu günədək respublikanın meşə fondu torpaqlarının 362 hektarında  470 mindən çox meşəcinsli ağac əkilib, palıd, ağcaqayın, fısdıq və digər meşəcinsli ağac toxumları səpilib.Meşələrin inkişafı xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, meşələrin artırılması və yaşıllıq massivlərinin genişləndirilməsi məqsədilə Meşələrin inkişafı xidməti, yerli idarəetmə orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə  karantin qaydalarına əməl olunmaqla ölkə üzrə meşə fondu torpaqlarının açıq və seyrək sahələrində əkin-bərpa işləri aparılır, meşəcinsli ağaclar əkilir, toxumlar səpilir.
“Bu payız əkin planına uyğun olaraq 500 hektar meşə fondu torpağında əkin-bərpa işlərinin aparılması nəzərdə tutulub və demək olar ki, artıq planın 70 faizdən çox hissəsi yerinə yetirilib. Eyni zamanda, işğaldan azad olunmuş Füzuli, Zəngilan, Ağdam və Qubadlı ərazisində də paralel olaraq əkin-bərpa işləri həyata keçirilir. Ağacəkmə tədbirləri mövsümün sonunadək davam etdiriləcək”. 
M.Səfərov əkin-bərpa işlərində yaxından iştirak edən yerli icmaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.