Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Qubadlı rayonunda aparılan ekoloji monitorinqlərin nəticələri

Qubadlı rayonunda aparılan ekoloji monitorinqlərin nəticələri

           Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti monitorinqlər Qubadlı rayonunun Xocahan, Tinli, Qilican, Əbilcə, Kavdadıq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Hal kəndlərində və Qubadlı şəhərində keçirilib.
Monitorinqlər zamanı Qubadlı rayonundakı bütün evlərin və inzibati binaların tamamilə dağıdıldığı, təbiət abidələrinin, çoxillik ağacların məhv edildiyi məlum olub. 
Belə ki, Qubadlı şəhərinin mərkəzində təbiət abidələri siyahısına daxil edilmiş yaşı 150-300 il olan Şərq çinarları, diametri 60 sm olan qoz ağacları məhv edilib və yandırılıb. Ötən əsrin 60-70-ci illərində Eldar şamı və sərv ağaclarından ibarət 2 hektarda salınmış park isə tamamilə məhv edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən  ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılan Əməliyyat Qərargahlarında təmsil olunan ETSN-nin əməkdaşları tərəfindən monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
               mətbuat xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.