Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Mağazalardan evə sellofan və plastik gətirməsəkmi, bu vərdişi tərgitsəkmi daha...

Mağazalardan evə sellofan və plastik gətirməsəkmi, bu vərdişi tərgitsəkmi daha...

Sellofan torbalardan və birdəfəlik plastik qablardan imtinanın zəruriliyi barədə ETSN-nin  mətbuat xidmətinin rəhbəri İradə İbrahimova  öz fikirlərini bildirib. 
“Məişət həyatımıza daha sağlam yanaşma, sellofan adlandırdığımız qablaşdırıcı vasitələrdən və birdəfəlik plastik qablardan imtinadan keçir. Bu fikrin gündəmə gətirilməsi artıq bir çağırış, bir təşviqdən daha çox reallıqdan irəli gəlir, yəqin ki, bu gün hamımız bunu qəbul edirik və etməliyik də.
Sellofan və plastiklərin həyatımıza, təbiətimizə nə qədər zərərli olması barədə artıq bir neçə ildir ki, təbliğat aparılır və ona görə də bunun fəsadları hamımıza bəllidir.
Tullantı yerlərində, çay və göl kənarlarında, təbiətdə sellofanların havada uçmasından, xoşagəlməz mənzərə yaratmasından hamımız şikayətlənirik, amma bunların bizim evimizdən, gündəlik məişətimizdən gəldiyinin bəzən fərqinə varmırıq. Yəqin ona görə ki, məişət tələbatımızı ödəmək üçün üz tutduğumuz mağazaların hamısı bizə alacaqlarımızı plastik və sellofanlarda təklif edir, pulsuzdur deyə, biz də bu ziyanlığı evimizə, oradan da təbiətə daşıyırıq. 
Odur ki, əvvəl özümüzü, evdəkiləri düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında "pinqvin" adlandırılan sellofan torbalardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa başlayaq. 
Biz qadınlar bunu başlatsaq davamı gələcək. Cəmiyyəti  bu yöndə arxamızca aparacığımıza əminəm. Mağazalardan evə sellofan və plastik gətirməsəkmi, bu vərdişi tərgitsəkmi daha...

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.