Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İİTKM - də İsrail Səfirliyinin nümayəndələri ilə görüş olub

İİTKM - də İsrail Səfirliyinin nümayəndələri ilə görüş olub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsrailin Azərbaycan Respublikasındakı səfirinin müavini cənab Doron Peerin rəhbərlik etdiyi heyətlə görüş keçirilib. Səfirliyin nümayəndələrinə İİTKM-in innovativ layihələri, o cümlədən Azexport.az portalı, EnterpriseAzerbaijan.com Portalı, Rəqəmsal Ticarət Qovşağı, Azerp.com portalı və digər layihələr təqdim olunub. Görüş zamanı İsrail rezidentlərinin Rəqəmsal Ticarət Qovşağı (RTQ) üzərindən Azərbaycana sərmayə yatırması imkanları haqqında danışılıb. Eyni zamanda, yerli məhsulları dünya bazarına çıxaran Azexport.az portalı ilə İsrailin e-ticarət platformalarının əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin, EnterpriseAzerbaijan.com portalında olan startapların İsrail investorlarına təqdim olunması barədə razılıq əldə olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə İsrailin beyin mərkəzləri arasında əməkdaşlıq və bir sıra digər maraq doğuran məsələlər müzakirə olunub. Daha sonra səfirliyin nümayəndələri "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə də tanış olub. Onlara "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracatçı sahibkarlara təqdim olunan xidmətlər barədə məlumat verilib.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.