Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » AR XİN Mətbuat xidməti idarəsinin məlumatı

AR XİN Mətbuat xidməti idarəsinin məlumatı


Bu ilin 12 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov G-77 (Qrup 77 və Çin) təşkilatının video-konfrans formatında keçirilən 44-cü illik Nazirlər iclasında iştirak edib.
Azərbaycanın ötən ilin sentyabr ayında Qrupa tam hüquqlu üzvlüyündən sonra ilk dəfə Nazirlər iclasında iştirak edən Xarici İşlər naziri çıxışında ölkəmizin G-77 qrupunun iqtisadi əməkdaşlığı təşviq etmək yolu ilə davamlı inkişafın təminatına töhfə vermək işinə sadiqliyini vurğulayıb.
Qoşulmama Hərəkatının (QH) hazırkı sədri qismində Azərbaycanın BMT çərçivəsində ən böyük iki dövlətlər qrupu olan QH və G-77 arasında daha yaxşı sinergiyanınqurulması üçün Birgə Əlaqələndirmə Komitəsinin işinin canlandırılması üçün çalışacağı qeyd olunub.
Covid-19 pandemiyasının dünya dövlətlərinin sağlamlıq,iqtisadiyyat və sosial sistemlərinə ağır təsirindən bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycanın bu qlobal böhranla mübarizə üçün beynəlxalq humanitar və inkişafa dəstək yardımından danışıb.
Habelə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında QH ölkələri adından BMT Baş Assambleyasının Covid-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması təklifinin BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstəkləndiyi vurğulanıb. Nazir dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyanın bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi ilə bağlı BMT Baş Assambleyasınınötən həftə qəbul etdiyi qətnaməni dəstəklədikləri üçün G-77 ölkələrinə təşəkkürünü bildirib.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.