Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Mətbuat xidmətinin məlumatı | 11 Noyabr 2020 - 19:15 Baş Nazir Əli Əsədov beynəlxalq ağacəkmə aksiyasında iştirak edib

Mətbuat xidmətinin məlumatı | 11 Noyabr 2020 - 19:15 Baş Nazir Əli Əsədov beynəlxalq ağacəkmə aksiyasında iştirak edib


Bu gün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilmiş, Yaxın Şərq, Balkanlar, Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Afrika ölkələrini əhatə edən “Gələcəyə nəfəs ol!” beynəlxalq ağacəkmə kampaniyasında iştirak edib.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Hökuməti üzvlərinin iştirakı ilə Abşeron rayonu Xocasən qəsəbəsində təşkil edilən tədbir çərçivəsində 11 hektar ərazidə 11 min ağac əkilib.
Ankara ilə Bakı arasında canlı bağlantıda Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanla söhbət zamanı Baş Nazir Əli Əsədov başda Prezident R.T.Ərdoğan olmaqla Türkiyə rəhbərliyini və bütün qardaş Türkiyə xalqını Azərbaycanın Qələbəsi ilə əlaqədar verdikləri dəstəyə, göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib.
30-dək ölkəni əhatə edən ağacəkmə aksiyası Azərbaycanın bütün bölgələrində də təşkil edilib və on minlərlə ağac əkilib.  
Kampaniya, həmçinin Füzuli rayonun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də keçirilib.
Kampaniya zamanı Azərbaycan, Bosniya və Herseqovina, İraq, Liviya, Malta, Monteneqro, Qazaxıstan, Gürcüstan, Ukrayna, Serbiya, Əfqanıstan, Özbəkistan və Albaniya da daxil olmaqla 70 ölkə təmsilçisinin iştirakı ilə ağaclar əkilib.

















Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.