Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ünvanlı sosial yardım almaq hüququna baxılan zaman ailənin götürdüyü kredit nəzərə alınmayacaq

Ünvanlı sosial yardım almaq hüququna baxılan zaman ailənin götürdüyü kredit nəzərə alınmayacaq

Yeni Qərar aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına 
əlçatanlığının artırılmasına xidmət edir
Prezident İlham Əliyevin tapşırığına əsasən aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması, bu məqsədlə proqramının icra mexanizminin sadələşdirilməsi və yardımın təyin olunması meyarlarının yumşaldılması təmin olunur. Bu məqsədlə cari ilin iyul ayında dövlət başçısı tərəfindən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun təsdiq edilib. 
Nazirlər Kabinetinin 7 noyabr 2020-ci il tarixli Qərarı “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə” Qərarı həmin Qanuna uyğunlaşdırılmanın təmin edilməsi məqsədi daşıyır. 
Beləliklə, qanunvericilikdə yeni dəyişikliklərə əsasən, ünvanlı sosial yardım almaq hüququna baxılan zaman ailənin götürdüyü kredit gəlir kimi nəzərə alınmayacaq və yardım təyinatına mane olmayacaq. Həmçinin, sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti bu vaxta qədər 10 faizdən çox olmamalı idisə, artıq bu nisbət 15 faizə çatdırılıb.
Sosial yardım almaq üçün müraciət edilən zaman ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailənin bu barədə məlumat verməsi üçün müəyyən olunan müddət də artıq 5 iş günündən 15 iş gününə qədər uzadılıb. Habelə ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq. 
Əsas yeniliklərdən biri də odur ki, ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılması nəzərdə tutulur. Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə daha da genişləndirilib. 
Həmçinin yeni qanunvericilikdə ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayının əhəmiyyətli dərəcədə azaldılması, ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılması və s. kimi yeniliklər var.
AZƏRBAYCAN RESPUBLİKASI 
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN 
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.