Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ermənistanın turizm sektorunu canlandırma planı uğursuzluğa düçar olub

Ermənistanın turizm sektorunu canlandırma planı uğursuzluğa düçar olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 
departament rəhbəri Rəşad Hüseynovun şərhi 
Dünya Səyahət və Turizm Şurasının (The World Travel & Tourism Council, WTTC) verdiyi ən son məlumatlara əsasən turizm sektoru hazırda Ermənistanının ÜDM-nin 11.8 faizini formalaşdırır və ölkə üzrə mövcud işçi qüvvəsinin 12.5 faizi məhz bu sektorda çalışır. İqtisadiyyatın turizm sektorunun ümumi ixracdakı payı nəzərə çarpacaq dərəcədə böyükdür. Belə ki, ən son statistik məlumatlara görə təxminən 1,3 milyard ABŞ dolları ixrac göstərici ilə, turizm sektorunun ümumi ixracdakı payı 24 faizə bərabərdir. Bu isə onu deməyə əsas verir ki, ixrac edilmiş məhsul və xidmətlərdən daxil olan hər 100 ABŞ dollarının təxminən dörddə biri məhz turizm sektorunun hesabına formalaşır. Ermənistanda turizm sektorunun inkişafı əsasən xaricdən gələn turistlərdən asılıdır. 2019-cu ildə Ermənistanı 1,9 milyon turist ziyarət etmiş və bu turistlər də əsasən Rusiya, Avropa Birliyi, İran və ABŞ-dan gələn turistlər olmuşlar. Bu ölkəyə, son iki ildə Rusiyadan hər il təxminən 500 mindən çox turist gəlmişdir. Ümumlikdə isə, Ermənistanı ziyarət edən turistlərin böyük əksəriyyəti xaricdə yaşayan erməni əsilli şəxslər olmuşdur.
2020-ci il ərzində isə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə Ermənistanın turizm sektoru ciddi zərər etmişdir. Belə ki, keçən il ilə müqayisədə Ermənistanın turizm sektorunun dövriyyəsi 2020-ci ilin ilk altı ayı ərzində 90 faizdən çox azalmışdır.[1] Təkçə bu ilin birinci rübündə bu sektorda 135 milyon ABŞ dolları civarında itkilər qeydə alınmışdır.[2] Ermənistan hökuməti cari ilin payız mövsümündə turizm sektorunun nisbətən canlanacağını proqnozlaşdırıdı. Bu səbəbdən də bu ilin sentyabr ayından ölkə turizm xidmətləri göstərən sahələrin yenidən beynəlxalq turistlər üçün açıldığını elan etmişdi. Lakin Ermənistanın sentyabr ayının 27-də Azərbaycana qarşı hücuma keçməsi və ordumuzun əks-həmləyə başlaması işğalçı ölkənin turizm sektorunun inkişafı ilə bağlı planlarını alt-üst etdi. Son məlumatların təhlili göstərir ki, Azərbaycan ordusunun uğurlu zərbələrindən sonra hələ uzun müddət ərzində Ermənistanın turizm sektoru özünə gələ bilməyəcək. Çünki Ermənistan artıq beynəlxalq turistlər üçün çox riskli ölkəyə çevrilmişdir. Hazırda bu ölkəyə turist adı altından ancaq xaricdən muzdlu döyüşçülər gələ bilər. 
Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanda turizm sektorunun çöküşü bu ölkənin xarici ticarət balansının formalaşmasına da mənfi yöndə ciddi təsir edəcəkdir. Bu sahədə davam edən geriləmə onu deməyə əsas verir ki, yaxın gələcəkdə işğalçı ölkənin milli valyutasına - Drama təzyiqlər artacaqdır. Nəticədə dramın digər valyutalar qarşısında dəyərinin azalması və milli valyutaya inamsızlığın artması müşahidə olunacaqdır. Turizmin geriləməsi həm də bu sektorda çalışan 125 min nəfərin böyük hissəsinin iş yerini itirməsi riskini ciddi şəkildə artırır. 
[1] https://armenpress.am/eng/news/1024995.html
[2] https://armenpress.am/eng/news/1010533.html

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.