Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İtaliya mətbuatı: Azərbaycan körpələrini qətlə yetirən təcavüzkar Ermənistanın timsah göz yazşlarına inanmayın

İtaliya mətbuatı: Azərbaycan körpələrini qətlə yetirən təcavüzkar Ermənistanın timsah göz yazşlarına inanmayın

İtaliyanın bir sıra kütləvi informasiya vasitələri, o cümlədən Notizie Geopolitiche, Askanews, Agenzia Nova, Insideover, Polticamente Corretto, Gironale Diplomatico, Notize Yahoo və sair Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozaraq döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyması və bunun mülki şəxslərin tələf olması və yaralanmasına səbəb olması ilə bağlı məlumatlar yayıblar. 
Məlumatlarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin baş verənlərlə bağlı açıqlamarı öz əksini tapıb, “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd azərbaycanlı mülki şəxsin, o cümlədən yeddi yaşlı qızın həlak olduğu, uşaq və qadınlar daxil olmaqla on dörd nəfərin ciddi xəsarət aldığı bildirilib.
Eləcə də, məlumatlarda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliya mətbuatına açıqlamlarına da geniş yer verilib. Diplomat bildirib ki, hər üç atəşkəs rejiminin elan olunmasından sonra Ermənistan cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini raket atəşinə məruz qoyub, ilk iki dəfə Gəncədə, indi isə Bərdədə mülki şəxsləri və uşaqları qətlə yetirib, müharibə cinayətləri törədib. 
"Atəşkəsə çağırış edən ölkələr nəhayət anlamalıdılar ki, Ermənistan sülh yox, müharibə istəyir. Anlamalıdılar ki, Ermənistanın məqsədi Azərbaycan torpaqlarını işğal altında saxlamqadır və bunun üçün Ermənistan nəinki bütün bölgəni, hətta dünyanı belə böyük xaosa sürükləməyə belə hazırdır", deyə diplomat qeyd edib.
M.Əhmədzadə vurğulayıb ki, vəziyyədən yalnız bir çıxış yolu var. Bütün dünya ictimaiyyəti Ermənistanı sülhə məcbur etməli və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etməlidir.
Diplomat açıqlamasını bu fikirlərlə tamamlayıb: "Təcavüzkar Ermənistanın aldadıcı yalvarışlarına, timsah göz yaşlarına inanmayın! Dünyanın Ermənistanın əsl simasını tanıması üçün daha nə qədər günahsız azərbaycanlı körpənin qanı axmalıdır? Bütün bunlardan sonra Azərbaycanın tələb etdiyi zəmanətlər olmadan atəşkəs tələb etmək Ermənistana Azərbaycan mülki əhalisini bombalamağa şərait yaratmaq deməkdir."
Məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
https://www.notiziegeopolitiche.net/nagorno-karabakh-ignorato-il-cessate-il-fuoco-missili-sulla-citta-azera-di-barda/ 
https://www.politicamentecorretto.com/2020/10/27/27-ottobre-2020_larmenia-continua-ad-uccidere-bambini-azerbaigiani/ 
http://www.askanews.it/esteri/2020/10/27/azerbaigian-accusa-armenia-4-civili-uccisi-in-attacco-missilistico-pn_20201027_00867/ 
https://it.notizie.yahoo.com/azerbaigian-accusa-armenia-4-civili-uccisi-attacco-missilistico-154753664.html 
https://www.agenzianova.com/a/5f98a24c6cc151.56883115/3161197/2020-10-27/nagorno-karabakh-ministero-esteri-baku-vittime-e-feriti-dopo-attacchi-armeni-nel-distretto-di-barda 
https://www.agenzianova.com/a/5f98a26b1ec998.60993220/3161198/2020-10-27/nagorno-karabakh-ministero-esteri-baku-vittime-e-feriti-dopo-attacchi-armeni-nel-distretto-di-barda-2 
https://www.giornalediplomatico.it/ambasciata-arzebaigian-armenia-continua-ad-uccidere-bambini-azeri.htm 
https://it.insideover.com/guerra/proseguono-gli-scontri-nel-nagorno-baku-bombe-a-grappolo-contro-di-noi.html 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.