Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » 24 OKTYABR 2020 16:21 Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır

24 OKTYABR 2020 16:21 Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır


Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladıqdan sonra Ermənistan bütün vasitə və resursları cəlb etməklə informasiya mühitində ölkəmizə qarşı hücuma keçməyə cəhd göstərir. Bununla da qarşı tərəf həqiqətləri əks etdirməyən məlumat, video və fotolar yaymaqla beynəlxalq aləmdə Azərbaycan barəsində mənfi rəy formalaşdırmağa çalışır.
Yayılan saxta video və fotolarda guya Azərbaycan əsgərinin erməni əsir və meyitləri ilə beynəlxalq hüquqla müəyyən edilmiş normalardan kənar, kobud davranması nümayiş etdirilir.
Bir daha bildiririk ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən fərqli olaraq hərbi əsirlər, düşmənin yaralı hərbi qulluqçuları, mülki əhali, o cümlədən meyitləri ilə Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokolların tələblərinə uyğun davranmaqla bərabər, mərhəmət və hörmət nümayiş etdirir.
Azərbaycan əsgərinin davranışı insan şəxsiyyətinə və onun ləyaqətinə hörmət etmək ideyasına əsaslanır və döyüş əməliyyatı zamanı erməni hərbçilərindən fərqli olaraq bizim hərbi qulluqçularımız dinc əhali, mülki və hərbi obyektlər arasında fərq qoyur.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.