Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ombudsman Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç brifinq keçiriblər

Ombudsman Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç brifinq keçiriblər

Ombudsman Səbinə Əliyeva və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Gəncədə həyata keçirilən birgə faktaraşdırıcı missiya ilə bağlı Ombudsman Aparatında brifinq keçirilib. Brifinqdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini mütəmadi olaraq atəşə tutması, mülki əhali arasında tələfat və çoxsaylı dağıntılarla nəticələnən hücumlar barədə danışılıb. Görüş zamanı diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)  İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının Prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı ilə birgə həyata keçirdiyi  faktaraşdırıcı missiyanın nəticələrinə dair Bəyanat qəbul edilib.
Eyni zamanda Ombudsmanlar tərəfindən birgə faktaraşdırıcı missiyada toplanmış materiallar əsasında hazırlanacaq hesabatın beynəlxalq təşkilatlara göndəriləcəyi bildirilib.
Mətbuat Xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.