Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İsrailin Azərbaycandakı Səfiri Mingəçevirdəki elektrik stansiyalarında olub

İsrailin Azərbaycandakı Səfiri Mingəçevirdəki elektrik stansiyalarında olub

Oktyabrın 23-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dik Mingəçevir şəhərinə humanitar səfər edərək Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-də olub.Qeyd edək ki, oktyabr ayı ərzində dəfələrlə Mingəçevir şəhərinə, ələlxüsus enerji obyektlərinə erməni silahlı birləşmələri tərəfindən dəfələrlə ballestik raketlər atılıb. Həmin raketlərin əksəriyyəti Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib və 2 ədəd raket hissəsi oktyabrın 4-də və 11-də “Azərbaycan” İES-in ərazisinə düşüb. Səfir Corc Dik əvvəlcə “Azərbaycan” İES-in ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin heykəlinin və Şəhidlər abidəsinin önünə gül dəstələri qoyub. Sonra səfir stansiyanın ərazisini gəzərək raket düşən yerlərlə tanış olub. Səfər zamanı “Azərenerji” ASC-nin və stansiyaların mütəxəssisləri tərəfindən stansiyaların fəaliyyəti, aparılan yenidənqurma işləri və baş vermiş terror aktlarının təfsilatları barədə səfirə məlumat verilib.
Sonra səfir “Mingəçevir” Su Elektrik Stansiyasına gəlib və oradakı vəziyyətlə tanış olub. 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.