Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Oktyabrın 20-də gözlənilən hava şəraiti

Oktyabrın 20-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək, gün ərzində arabir güclənəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz  20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.  
Oktyabrın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,gecə və səhər saatlarında  duman olacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 11-15, gündüz 22-26, dağlarda gecə 6-11, gündüz  15-20 dərəcə  isti olacaq.
Xəbərdarlıq
Oktyabrın 20-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s təşkil edəcək, gündüz yarımadanın bəzi yerlərindəarabir 23-28 m/s-dək güclənəcək.
Oktyabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 20-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.