Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin, Nazir Ceyhun Bayramov və Estoniya Xarici İşlər Naziri Urmas Reynsalu arasında baş tutmuş telefon danışığına dair məlumatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin, Nazir Ceyhun Bayramov və Estoniya Xarici İşlər Naziri Urmas Reynsalu arasında baş tutmuş telefon danışığına dair məlumatı


18 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov və Estoniya Xarici İşlər naziri Urmas Reynsalu arasında telefon danışığı baş tutub.
Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və mülki infrastrukturların məqsədyönlü şəkildə hədəf alındığı, o cümlədən humanitar atəşkəsin rəsmi elan olunmasından sonra iki dəfə Gəncəyə edilən raket hücumları qeyd olundu. Gəncə şəhərinə edilən son raket zərbəsi nəticəsində 3-ü uşaq olmaqla, 13 mülki şəxsin həlak olduğu, 48 nəfərin yaralandığını qarşı tərəfin diqqətinə çatdırıldı. Bu əməlləri müharibə cinayətləri kimi qiymətləndirən nazir Bayramov, buna görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğuladı.
Nazir Urmas Reynsalu öz tərəfindən münaqişənin siyasi yolla həll olunmasının vacibliyini ifadə etdi. Humanitar atəşkəsə hörmət etməyin vacibliyini vurğulayan Estoniya Xarici İşlər naziri bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rolunu və Estoniyanın BQXK-ya verdiyi humanitar yardım vasitəsilə töhfəsini qeyd etdi.



Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.