Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni 23 oktyabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “Vakansiya_İT_mütəxəssisi” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyaya qoyulan tələblər:
Vəzifə öhdəlikləri:
- İnformasiya texnologiya avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi, kompüterlərə texniki xidmət, şəbəkəyə qoşulması və iş prosesində ortaya çıxan problemlərin aradan qaldırılması;
- Ofisdaxili kompüterlərin, qurğuların şəbəkəyə qoşulması, idarə olunması, zəruri proqramların yüklənməsi və konfiqurasiyası;
- Kompüterdə yaranan texniki problemlərin aşkarlanması, diaqnostikası və aradan qaldırılması;
- Kommunikasiya xətlərində yaranmış nasazlıqların aradan qaldırılması;
- İnternetin işlək vəziyyətdə saxlanılmasına nəzarət və bütün sistemin yenilənməsinin təmin edilməsi;
- LAN, WAN, WiFi şəbəkələrinin işinin təmin edilməsi (Wireless AP və Modemlərin konfiqurasiya olunması) və yaranan nasazlıqların aradan qaldırılması;
- İT texniki dəstək işinin aparılması üçün tələb olunan bütün lisenziyaların etibarlığının yoxlanılması;
- Əməkdaşlara iş prosesində müvafiq ofis proqramlarından istifadə etməkdə texniki yardım göstərilməsi.
Staja dair tələb: müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər:
Proqramlaşma üzrə:
- OOP biliyi;
- PHP ilə iş təcrübəsi – OpenCart, Laravel, CodeIgniter, Yii 2, Web Framework (görülən işlər və iştirak olunan layihələr - portfolio);
- Java Script / jQuery lib, JSON,Ajax, XML;
- HTML5, CSS3, Bootstrap lib, W3C standards;
- Təhlükəsiz kod yazma bacarığı;
- Veb səhifələrinin təhlükəsizlik auditi (hazırlanmış veb səhifələr və tətbiqlərin SQL Injection, XSS, XXE, CSRF, Host Header Attacks və digər boşluqlar üzrə yoxlanılması);
- MySQL məlumat bazası, SQL sorğu, funksiya və proseduralar üzrə təcrübə;
- API- larla işləmə bacarığı (ArcGIS Online,Open Layers, Google maps, Sosial şəbəkə);
- Windows 7/10 əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi;
- MS Office 2013/16/19 məhsullarının quraşdırılması və problemlərinin aradan qaldırılmasını bilmək;
- Kompüterlərin viruslardan təmizlənməsi, qorunması. Antivirus proqramlarının yazılması, konfiqurasiyası;
- İtirilmiş və silinmiş faylların bərpası. Gündəlik məlumatların arxivləşdirilməsi;
- Printer, skaner, proyektor və s. periferik qurğuların quraşdırılması və sazlanması;
- Quraşdırılmış avadanlıqların drayverlərinin yazılması;
- DVR, HVR və NVR nəzarət kameralarının, turniket sistemlərinin, access control, IP və analoq telefoniya sistemləri ilə işləmə bacarığı;
- Any desk, Team Viewer, VNC, Radmin, Remote Desktop;
- Lan, Wlan şəbəkənin çəkilməsi, konfiqurasiyası sazlanması;
- Domainlərin, Hostingin alınması, Mail Serverin yaradılması;
- Active directory üzrə baza biliklər, DNS, DHCP;
- Cloud server barədə biliklər (MS Azure).
Xüsusi bacarıqlar:
Diqqət, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti.
Kommunikasiya Departamenti
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
(AZ 1073, Yasamal rayonu, Landau küçəsi,16)
---------------------------------------------------------------------------