Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » “E-sosial” portalının 800 min aktiv istifadəçisi var

“E-sosial” portalının 800 min aktiv istifadəçisi var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş funksional imkanlara malik “e-sosial” internet portalından aktiv şəkildə istifadə edənlərin sayı bu il də ciddi şəkildə artaraq 800 minə çatıb. Portaldan istifadə sayı isə 41,1 milyon dəfə olub.
Ölkənin sosial reyestri olan portal vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində onlayn rejimdə faydalanmaq imkanı yaradır. Portalın Android və İOS əməliyyat sistemləri üçün tətbiqləri də fəaliyyət göstərir.
Xatırladaq ki, beynəlxalq internet saytları üzrə istifadə statistikalarını paylaşan alexa.com saytının (ABŞ, San-Fransisko) bu ilin aprelində açıqladığı “Azərbaycanın top saytları” siyahısında e-sosial.az portalı ölkəmizdə ən çox müraciət olunan saytların ilk beşliyində (google.com,  youtube.com, google.az, wikipedia.org saytları ilə birgə) qərar tutmuşdu.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.