Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Qətər səfiri: “Baş verənlərlə bağlı Qətər sizlərin yanındadır və Azərbaycana ərazi bütövlüyünün bərpa olunmasını arzulayırıq”

Qətər səfiri: “Baş verənlərlə bağlı Qətər sizlərin yanındadır və Azərbaycana ərazi bütövlüyünün bərpa olunmasını arzulayırıq”

BMT qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazisinin bir hissəsini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistan, eyni zamanda, ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törədir, beynəlxalq hüquq normalarına zidd olaraq mülki əhalini hədəfə alır. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri növbəti təxribatlara başlayaraq, yaşayış məntəqələrimizi ağır artilleriya atəşlərinə məruz qoyub. 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Qətər Dövlətinin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Al Hinzab ilə görüşündə məlumat verib. 
Nazir bu günlərdə Gəncədə yaşayış binalarının Ermənistan tərəfindən raket atəşinə tutulduğunu, bunun əslində insanlığa qarşı ağır cinayət olduğunu vurğulayıb. O, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət səviyyəsində həyata keçirdiyi terror hücumlarının ağır nəticələri, bu hücumlar nəticəsində həlak olanlar, yaralananlar, eləcə də mülki obyektlərə, evlərə dəyən ciddi ziyanlar barədə məlumat verib. 
Sahil Babayev Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarından və Qələbələrindən də bəhs edib. Azərbaycanın bu haqq savaşının məqsədinin ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün təmin edilməsi olduğunu vurğulayıb.
Azərbaycanla Qətər arasında münasibətlərin inkişaf etdirilməsinin ölkələrimiz üçün əhəmiyyətini qeyd edən nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatları diqqətə çatdırıb. İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin İƏT-ə üzv dövlətlər arasında əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Feysal bin Abdullah Həməd Al Hinzab oktyabrın 12-də onun da Gəncədə hadisə yerində olduğunu və Ermənistanın raket hücumunun nəticələrini gördüyünü, mülki əhalinin hədəfə alınmasının əleyhinə olduqlarını deyib. O, Azərbaycana ərazi bütövlüyünün bərpa olunmasını arzuladıqlarını diqqətə çatdırıb. “Hazırda baş verənlərlə bağlı Qətər sizlərin yanındadır. Dünya ictimaiyyəti, o cümlədən bizim xalq, işğal olunmuş ərazilərdə vəziyyəti yaxından izləyirik, “Əl-Cəzirə” telekanalı baş verən hadisələri işıqlandırır”, deyə səfir bildirib.
Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi imkanları müzakirə olunub. Bunun üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyi, Əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsinin hazırlanmasının məqsədəuyğun ola biləcəyi qeyd edilib, İƏT Əmək Mərkəzinin yaradılmasına dair fikir mübadiləsi aparılıb. 
AZƏRBAYCAN RESPUBLİKASI 
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN 
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.