Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığına dair məlumatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığına dair məlumatı



Bu ilin 13 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədəki mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Moskva görüşündə əldə olunmuş humanitar atəşkəsə rəğmən Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı dinc insanları və mülki obyektləri, cəbhə zonasından çox kənarda yerləşən şəhərləri atəşə tutması, Ermənistanın növbəti dəfə beynəlxalq humanitar hüququ və öz öhdəliklərini kobud şəkildə pozduğunu qeyd edib.

Nazir Mevlüt Çavuşoğlu mülki şəxslərin hədəfə alınması ilə bağlı ciddi narahatlığını ifadə edib, Ermənistanın işğalçı siyasətinə son verilməsinin vacib olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə hər zaman sərgilədiyi dəstəyinə görə təşəkkür ifadə edib.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.