Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair H E S A B A T

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair H E S A B A T



 



 

11-12 oktyabr 2020
Bakı-2020
GİRİŞ
Ermənistan silahlı qüvvələri 2020-ci il oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini yenidən Ermənistan ərazisindən raket atəşinə tutmuşdur.
Növbəti dəfə işğalçı Ermənistanın silahlı qüvvələri BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə insan tələfatı baş vermiş və çoxsaylı mülki infrastruktur obyektləri dağıdılmışdır.
Qeyd olunan faktların təcili araşdırılması məqsədilə Azərbaycan Respubliksının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gəncə şəhərinə səfər etmişdir.
Səfərin məqsədi faktaraşdırıcı missiya olmuş və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutması nəticəsində həlak olmuş, yaralanmış, habelə mülkiyyətlərində olan əmlakın dağıdılması ilə əlaqədar külli miqdarda ziyan dəymiş şəxslərin insan hüquqlarının və azadlıqlarının kobud şəkildə pozulmasına dair real faktlar yerində araşdırılmışdır.
Bu hesabat da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərində törətdiyi növbəti terror akının nəticələri barədə həqiqətləri beynəlxalq təşkilatların diqqətinə çatdırmaq məqsədilə yerində toplanmış real faktlar əsasında hazırlanmışdır. Hesabat 10-12 oktyabr 2020-ci il tarixlərini əhatə edir.


 



 
Bu şəkildə Ermənistan silahlı qüvvələrinin raket atəşi nəticəsində Gəncə şəhərində baş vermiş tələfatlara dair statistik göstəricilər öz əksini tapmışdır.
Ombudsmanının faktaraşdırıcı missiyası
Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutması nəticəsində dinc əhali arasında ölüm, yaralanma halları baş vermiş, yaşayış binaları və digər mülki obyektlər təmamilə dağıdılmış, külli miqdarda maddi ziyan vurulmuşdur.
Gəncə şəhərində keçirilmiş faktaraşdırıcı missiya çərçivəsində müəyyən edilmişdir ki, təcavüzkar siyasətindən, müharibə cinayətlərindən və insanlıq əleyihə yönəlmiş cinayətkar əməllərindən əl çəkməyən işğalçı Ermənistan Respublikası tərəfindən BMT Nizamnaməsinin, beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən beynəlxalq humanitar hüquq normalarının, Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Konvensiya”nın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyası”nın, “Uşaq hüquqları haqqında Konvesiyası”nın müddəaları pozulmuşdur.
Eləcə də 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə Ermənistan tərəfindən əməl edilməməsi nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşaiət edilən növbəti terror aktı törədilmişdir.
Qeyd etməliyik ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü ilə əlaqədar münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edən 1993- cü il tarixli 822[1], 853[2], 874[3] və 884[4]saylı qətnamələrin də tələblərini yerinə yetirməyən işğalçı Ermənistan Respublikasının törətdiyi növbəti hərbi təxribatlar Azərbaycanın dinc əhalisinə hədəflənmiş növbəti terror aktıdır, buna görə də insanlıq əleyhinə yönəlmiş və müharibə cinayəti kimi beynəlxalq hüquqi məsuliyyət yaradır.
Həmin qətnamələrdə aydın şəkildə göstərilmişdir ki, Azərbaycan ərazilərinin işğalı pislənilir, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılması qəbul edilmir, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir.
Bu baxımdan öz cinayətkar əməllərini davam etdirməklə beynəlxalq hüququn tələblərini pozmaqda davam edən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təcavüzkar fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə pislənilməli, həmin cinayətlərin törədilməsində təqsirli olan şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunaraq cəzalandırılması ilə bağlı təcili tədbirlər görülməlidir.
Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatlara, dünya dövlətlərinə, milli insan hüquqları təsisatlarına çağırış olaraq ünvanlanmış növbəti etiraz bəyanatında da beynəlxalq hüquququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə qəsdən törədilmiş, mülki əhalinin qətlə yetirilməsi, yaralanması ilə nəticələnən terror aktlarını törətməkdə davam edən işğalçı Ermənistan Respublikasından insanlıq əleyhinə yönəlmiş müharibə cinayətlərinə təcili olaraq son qoymaq və beynəlxalq hüquqi məsuliyyət tədbirlərinin görülməsi tələb edilmişdir.[5]
Bu bəyanat Azərbaycan Ombudsmanı tərəfindən BMT-nin Baş Katibinə, BMT- nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT- nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF- ə, YUNESKO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına göndərilmişdir.
Ermənistanın Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı binaları raket atəşinə tutmaqda məqsədi əhali arasında kütləvi tələfat törətmək və təşviş hissi yaratmaq, bununla da güc yolu ilə Azərbaycana aid ərazilərdən yeni mövqeylər əldə etməkdir. Bu isə insanlıq əleyhinə yönəlmiş və müharibə cinayətlərinə əsaslandığından çoxsaylı insan tələfatına səbəb olur.
Sosial şəbəkələrdə - Twitter[6], Facebook[7], habelə kütləvi informasiya vasitələrində də beynəlxalq hüququn norma və prinsipləri əsasında bu hərbi cinayətin qarşısının alınması istiqamətində təcili tədbirlərin görülməsi ilə bağlı dünya ictimaiyyətinə Ombudsman tərəfindən çağırış edilmişdir.
Təəssüf ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərbi təcavüzü ilə bağlı hələ də hüquqi məsuliyyət müəyyən edən tədbirlər görülmür. Bu isə milli insan hüquqları təsisatı olaraq bizi və Ermənistanın hərbi təcafüzündən əziyyət çəkən şəxsləri narahat edir.
Azərbaycan Ombudsmanı 2020-ci ilin 11 oktyabr tarixində faktaraşdırıcı missiya çərçivəsində Gəncə şəhərində həyata keçirdiyi növbəti monitorinq səfəri zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini növbəti dəfə məqsədli şəkildə raket atəşinə tutması nəticəsində dinc əhali arasında içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda həlak olan və yaralananların olması, fərdi yaşayış evlərinə və digər mülki obyektlərə ciddi ziyan dəyməsi faktları müşahidə edilmişdir.[8]
Bütün bunlar isə işğalçı Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının beynəlxalq hüquqi aktlarda təsbit olunmuş fundamental hüquq və azadıqlarının davamlı olaraq kobud şəkildə pozulması deməkdir.
Ombudsman Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mərkəzini raket atəşinə tutması nəticəsində dağıdılmış çoxmənzilli yaşayış binalarına və digər ictimai obyektlərə apardığı araşdırma çərçivəsində həlak olmuş şəxslərin yaxınları,
 yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə də görüşmüş, mövcud vəziyyətlə bağlı problemlərin yerində həll olunması ilə əlaqədar aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görmüşdür.
Ermənistan silahlı qüvvələrinin Ermənistan ərazisindən Azərbaycan Respublikasının Gəncə şəhərini yenidən raket atəşinə tutması nəticəsində baş vermiş dağıntlardan görüntülər aşağıdakı şəkillərdə öz əksini tapmışdır:
Ombudsmanın Ermənistan silahlı qüvvələrinin Ermənistan ərazisindən Azərbaycan Respublikasının Gəncə şəhərini yenidən raket atəşinə tutması nəticəsində baş vermiş dağıntlardan zərərçəkmiş şəhər sakinləri və hadisə yerinə gəlmiş mətbuat nümayəndələri ilə görüşündə çəkilmiş şəkillər:
Ombudsman Ermənistan Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə atılan raket atəşi nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı hadisə yerindən beynəlxalq təşkilatlara və dünya dövlətlərinə çağırış ifadə edən video müraciət ünvanlamışdır.[9]
Qeyd etmək lazımdır ki, Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.
BMT-nin Baş Məclisinin 1974-cü il 14 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə”də də vurğulanır ki, mülki əhaliyə, xüsusilə, əhalinin ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi qadağandır və belə hərəkətlər pislənməlidir.[10]
BMT-yə üzv olan dövlətlər qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokolu və 1949-cu il Cenevrə konvensiyaları[11], həmçinin, silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquqi aktlarla üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.
Bütün bunlara baxmayaraq, beynəlxalq müqavilələrdən irəli gələn və üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğu halda bunu icra etməyən Ermənistan dövlətisilahlı qüvvələri Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı və içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli
 binaları Ermənistan Respublikasının ərazisindən ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.
Ermənistan Respublikası silahlı qüvvələrinin Ermənistan ərazisindən Azərbaycan Respublikasının Gəncə şəhərini yenidən raket atəşinə tutması nəticəsində dağıntlar aldında qalaraq yaralanmış uşaqların görüntüləri aşağıdakı şəkillərdə öz əksini tapmışdır: 12
 















 

 








 
Gəncə şəhərinin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində yaralanan 35 nəfərdən 10 nəfəri məktəbli uşaqlar olmuşdur. Yaralanmış uşaqların siyahısı əlavə olunur:
Təəssüf hissi ilə bildiririk ki, Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 3 uşaq hər iki valideynini itirmişdir. Bununla da Ermənistan Respublikası iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın tələblərini kobud şəkildə pozmuşdur.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncədəki yaşayış məntəqələrini yenidən Ermənistan ərazisindən raket atəşinə tutması nəticəsinə baş verən insan tələfatları və dağıntılar Ermənistan Respublikasının öz təcavüzkar siyasətindən əl çəkmədiyini və növbəti dəfə yeni ərazilərimizi işğal etmək istədiyini bir daha aydın şəkildə sübut edir.
Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir və bu təcavüz aktı beynəlxalq təşkilatları, dünya dövlətlərini, milli insan hüquqları təsisatlarını düşündürməli, narahat etməli və işğalçı Ermənistan Respublikasına qarşı hüquqi sanksiyaların tətbiq edilməsi ilə bağlı konkret tədbirlərin görülməsi üzrə səylər göstərməyə vadar etməlidir.
Azərbaycanın dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın ölkəmizə qarşı bu hərbi təxribatları, insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına, yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olur.
Buna görə də beynəlxalq təşkilatları və nüfuzlu dünya dövlətlərini ədalətli sülhün əldə olunması səylərinə zərbə vuran Ermənistan Respublikasından müharibə cinayətlərinə, mülki əhalinin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərinə, Azərbaycanın işğal altında olan bütün ərazilərinin işğalına qeyd-şərtsiz son qoymağı tələb etməyə və təcavüzkar Ermənistana münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər görməyə çağırırıq.

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Web səhifə: www.ombudsman.az
Facebook səhifəsi: https://www.facebook.com/ombudsman.az
Twitter səhifəsi: @az_ombudsman
Çağrı Mərkəzi: (012) 916
QBakı şəhəri, Üzeyir Hacıbəyli 80, Hökumət evi ,II Ala qapı
Tel/Fax: (+99412) 493 74 22, (+99412) 498 2365
A          [email protected]
.^[email protected]
[1] http://unscr.com/en/resolutions/822
[2] http://unscr.com/en/resolutions/853
[3] http://unscr.com/en/resolutions/874
[4] http://unscr.com/en/resolutions/884
[5] https://ombudsman.az/en/view/news/2107/statement-by-the-commissioner-for-human-rights-ombudsman-of-the-republic-of-azerbaijan-to-protest-
against-deaths-injuries-among-the-civilian-population-and-the-destructions-of-civilian-objects-as-a-r
[6]  https://twitter.com/az_ombudsman
[7]  https://www.facebook.com/ombudsman.az/?epa=SEARCH_BOX
[8] https://ombudsman.az/en/view/news/2113/the-next-fact-finding-mission-of-the-azerbaijani-ombudsman-in-ganja-city
[9] https://www.facebook.com/ombudsman.az/videos/277406673360697/
[10] https://www.un.org/en/genocideprevention/documents/atrocity-crimes/Doc.19_declaration%20protection%20women%20armed%20conflict.pdf
[11] https://www.icrc.org/en/doc/assets/files/publications/icrc-002-0173.pdf

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.