Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı


Bu ilin 11 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik korpusun rəhbərləri qarşısında brifinq ilə çıxış edib.
Nazir Ceyhun BayramovErmənistanınbu ilin 10 oktyabr tarixindən humanitar atəşkəslə bağlı Moskva razılaşmasını kobud şəkildə pozaraq,Azərbaycanınyaşayış məntəqələrini vəmülki şəxslərini məqsədli şəkildəatəşə tutmasıbarədə məlumat verib. Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindənxeyliuzaq yerləşən,Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı və bu hücum nəticəsində9mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 35nəfərin yaralandığı diqqətə çatdırılıb. Nazir, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutmasının ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymamasının bariz nümunəsi olduğunuvurğulayıb.
Beynəlxalq ictimaiyyəti və dövlətləri beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqe sərgiləməyə çağıran xarici işlər naziir Ceyhun Bayramov, dövlətləri işğalçı Ermənistanı beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırıb. 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.