Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin, Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı ilə bağlı məlumatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin, Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı ilə bağlı məlumatı

Cari ilin 10 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun telefon danışığı baş tutub.
Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Moskva şəhərində Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan,  Ermənistan Xarici İşlər nazirlərinin görüşü barədə Türkiyəli həmkarını məlumatlandırıb.
Nazir Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib.
Mevlüt Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli bir addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin edilməsi üçün  BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.