Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: son gərginlik və münaqişənin regional təhlükəsizliyə təsiri” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: son gərginlik və münaqişənin regional təhlükəsizliyə təsiri” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Tədbirdə Vyetnamın dövlət qurumlarının nümayəndələri, ölkənin Kommunist partiyasının  rəsmiləri, həmin ölkədə fəaliyyət göstərən müxtəlif dövlətlərin səfirləri və diplomatik korpusun digər nümayəndələri, habelə Vyetnam televiziyası və mətbu orqanlarının təmsilçiləri iştirak etmişdilər.Tədbiri çıxış edən səfir A. İmanov Ermənistanın Azərbaycana qarşı işğalı barədə məlumat vermişdir. O, Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, regionun sabitliyi və inkişafına təsiri, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi, münagişə bağlı beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin qəbul etdiyi qətnamələr haqqında ətraflı məlumat vermişdir. Səfir xüsusilə qeyd etmişdir ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi rayonunun işğalı və həmin ərazilərdə Ermənistan hərbi quvvələri tərəfindən törədilmiş  etnik təmizləmə nəticəsində bir milyona yaxın azərbaycanlı öz yurd yuvalarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.Həmçinin səfir 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş növbəti hərbi təxribat nəticəsində yaranmış vəziyyət, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinin ataşə tutulması və nəticədə mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralanların olduğu, habelə Azərbaycan Ordusunun bu hücümların qarşısının alınması məqsədilə əks hücüm əməliyyatı və bu əməliyyat nəticəsində Azərbaycanın bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunduğu barədə tədbir iştirakçılarına ətraflı məlumat 
Tədbirdə iştirak edən Türkiyənin Vyetnamdakı səfiri Haldun Tekneci çıxışında bildirmişdir ki, regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəsinin daim Azərbaycanı dəstəklədiyini bildirərək, Ermənistanın təcəvüzkar siyəsətindən əl çəkməyə çağırmış və münaqişənin həlli ilə bağlı Minsk Qrupu həmsədrlərinin səylərinin artırılmasını və beynəlxalq normalara riayət etməsi üçün Ermənistana ciddi təzyiq göstərməsinin vacibliyini vurğulamışdır. 
Daha sonra çıxış edən Diplomatik korpusun duayeni Fələstin Dövlətinin səfiri, Saadi Salama Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı ilə bağlı İslam Konfransı Təşkilatı tərəfindən 28 sentyabr, 2020-ci ildə qəbul olunmuş bəyanat barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Səfir S.Salama vurğulamışdır ki, İKT Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycan torpağlarının işğalını və davamlı olaraq təkrarlanan təxribatlarını pisləyərək Azərbaycan ilə həmrəyliyi ifadə edib, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının və İKT-nin qətnamələrini həyata keçirilməsinə çağırmışdır. Səfir İKT Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını və münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmasına çağırdığını bildirmişdir. 
Tədbirin davamında çıxış edən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin Direktoru Dao Xuan Tien Dağlıq Qarabağın tarixindən ətraflı məlumat vermiş, faktlar gətirərək Qarabağın Azərbaycanın ən qədim tarixi bölgələrindən biri olduğunu vurğulamışdır. O, Azərbaycan tarixinin bütün dövrlərində, o cümlədən ölkəmizin Rusiya İmperiyası və Sovet İttifaqının tərkibində olduğu zaman, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğuna dair materiallardan və sənədlərdən bəhs etmişdir.  Dao Xuan Tien ermənilərin Azərbaycan torpağlarına köçürülməsi barədə də ətraflı danışmışdır. Həmçinin o işğal altında olan ərazilərdə Azərbaycan xalqına məxsus olan tarixi və mədəni abidələrin Ermənistan tərəfindən məhv etmək siyasətinin nəticələri barədə geniş məlumat vermişdir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazilərində arxeoloji qazıntıların geniş istismarı və qədim dövrlərə aid maddi-mədəniyyət nümunələrinin özününküləşdirilməsi, və bu kimi vandalizm aktlarının işğal edilmiş ərazilərin Azərbaycana məxsus mədəni görünüşünü dəyişmək üçün həyata keçirdiyini nəzərə çatdırılmışdır. 
Daha sonra Vyetnamın Frankofoniya İnstitutunun direktoru Ngo Tu Lap çıxış edərək  ölkəsinin uzun illər müharibədən əziyyət çəkdiyi səbəbindən Azərbaycan xalqını yaxşı başa düşdüyünü, Ermənistanın dinc əhaliyə qarşı hərbi əməliyyatlarını pislədiyini vurğulamışdır. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının qəbul edilməzliyini bildirmiş, münaqişənin tezliklə vasitəçilərin səylərinin artırılması şərti ilə sülh yolu ilə həll olunmasının vacibliyini xüsusi qeyd etmişdir.  
Tədbirin yekununda mövzu ilə bağlı dəyirmi masa iştirakçıları arasında fikir mübadiləsi aparılmış, KİV nümayəndələrinin sualları cavablandırılmışdır. 
Tədbir zamanı Azərbaycan həqiqətlərini əks etdirən foto və video materiallardan qeniş istifadə edilmiş, Xocalı soyqırımına dair sənədli film nümayiş etdirmiş, Səfirlik tərəfindən Vyetnam dilində dərc edilmiş “Erməni terrorçuluğu” və “Xocalı soyqırımı” adlı kitablar və İRS jurnalının Vyetnam dilində buraxılışları tədbir iştirakçılarına təqdim edilmişdir.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.