Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Yaponiyanın ölkəmizdəki yeni səfirinə Ermənistanın təcavüzkar siyasəti və son günlər törətdiyi təxribatlar barədə məlumat verilib

Yaponiyanın ölkəmizdəki yeni səfirinə Ermənistanın təcavüzkar siyasəti və son günlər törətdiyi təxribatlar barədə məlumat verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi arasında tanışlıq görüşü keçirilib. 
Görüşdə Azərbaycan-Yaponiya arasında mövcud əməkdaşlıq və gələcək planlar müzakirə olunub, Azərbaycan-Yaponiya birgə İqtisadi Komissiyası   çərçivəsində fəaliyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlar zamanı yaponiyalı diplomata Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri və apardığı xain hücum siyasəti barədə məlumat verilib. Təəssüflə bildirilib ki, son günlər işğalçıların Azərbaycanın iri şəhər və kəndlərini, yaşayış məntəqələrini, mülki obyektləri intensiv atəşə tutması nəticəsində dinc əhali arasında həlak olan və yaralananlar var.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyəti, təbii resurslarımızın talan olunması, su ehtiyatlarından təmas xəttinə yaxın ərazilərdə yaşayan yüz minlərlə əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi və transsərhəd çayların çirkləndirilməsi məsələləri də səfirin diqqətinə çatdırılıb.
Danışıqlar zamanı səfir V.Cüniçi münaqişənin həllinin region üçün mühüm önəm kəsb etdiyini bildirib. 
Görüşdə təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması, Azərbaycanın ədalətli mövqeyinə, özünü müdafiə hüququ çərçivəsində atdığı addımlara dünya ölkələrinin, beynəlxalq təşkilatların dəstək olması və Ermənistana təzyiq göstərməsinin vacibliyi vurğulanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.