Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İtalyan tədqiqatçı: Dağlıq Qarabağ münaqişəsinin din ilə heç bir əlaqəsi yoxdur

İtalyan tədqiqatçı: Dağlıq Qarabağ münaqişəsinin din ilə heç bir əlaqəsi yoxdur

Nüfuzlu Euractiv media şəbəkəsinin italyan versiyası olan Euractive.it portalında Romanın “La Sapienza” universitetinin dosenti Daniel Pommier Vinçellinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: tarix və din ilə heç bir əlaqəsi yoxdur” başlıqlı məqalə dərc olunub. Məqalədə müəllif Ermənistan tərəfindən qəsdən və məqsədli şəkildə iddia olunduğu kimi münaqişənin dini mahiyyət daşımadığını və din ilə heç bir əlaqəsinin olmadığını izah edir.  
Məqalədə XX əsrin sonlarına kimi Azəbaycanın Dağlıq Qarabağ bölgəsində etnik, kimlik və dini birgə yaşayışın üstün amil olduğu, regionun çox kimlikli xarakter daşıdığı və tarixi olaraq həm etnik erməni, həm də azərbaycanlı qrupların yaşadığı yer olduğu diqqətə çatdırılır. D.Pommier regionun mürəkkəb tarixini başa düşmək üçün nümunə kimi, XVIII əsrdə ərazidə yaşayan xristian və müsəlmanların başqa xristian və müsəlmanlara qarşı müharibə etmək üçün öz aralarında ittifaqa girə bildiyini və bu ittifaq bağlama və münaqişənin etnik və dini deyil, maddi məsələlərə görə baş verdiyini əsaslandırır. Qeyd edir ki, Qarabağ xanlığına aid olan Dağlıq Qarabağ bölgəsi Qarabağın azərbaycanlı xanı və rus qoşunlarının başçısı Sisianov tərəfindən 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsi ilə çar imperiyasının tərkibinə daxil edilmişdi və bu müqavilədə erməni azlıq barədə heç bir istinad yox idi. Eləcə də, bölgə XX əsrin 20-ci illərində Stalin tərəfindən Ermənistandan qopardılmamışdır. 1919-cu ildə ərazidəki yeganə Qərbə aid güc olan Böyük Britaniya Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini müvəqqəti tanımışdı və Paris sülh konfransından qəti qərar gözləyirdi və bu, sovetlər tərəfindən artıq mövcud olan vəziyyətin təsdiqi ilə yekunlaşmışdı. 
Müəllifə görə, münaqişənin həmçinin dini mahiyyət daşıması və Türkiyənin “təcavüzünə” və hətta cihadizmə qarşı “xristian müqaviməti” olmasına dair iddialar qeyri-realdır. O bildirir ki, Azərbaycan din və dövlətin ayrı olduğu və müsəlmanlar, xristianlar və yəhudilərin dinc birgəyaşayışının təmin olunduğu dünyəvi dövlətdir. Bundan əlavə, Azərbaycan qonşusu İran kimi şiələrin üstünlük təşkil etdiyi bir ölkədir, hansı ki İranın xristian Ermənistan ilə yaxın əlaqələri vardır. Bu səbəblərdən D.Pommier münaqişənin dini xarakter daşımasını təsəvvür etməyin və onun səbəblərini tarixi legitimliyə bağlamağın yanlış olduğunu hesab edir və vurğulayır ki, həll yolu beynəlxalq hüquqa əsaslanmalıdır, çünki bu yol tarix və dinin asanlıqla ziddiyyət təşkil etdiyi məzmuna tətbiq oluna bilən yeganə vasitədir. O, Ermənistanın baş nazirinin istinad etdiyi “sivilizasiyaların toqquşması” iddiasını 90-cı illərin cəlbedici nəzəriyyəsi olduğunu deyir, lakin bu nəzəriyyənin artıq çoxdan keçdiyini bildirir. Eləcə də, Dağlıq Qarabağda əlində silah xristianlığı mövcud olmayan islam təhlükəsindən qorumağa hazır erməni keşişin şəklinin çox məyusedici olduğunu və bunun bir əllərində xaç tutan, digər əlləri ilə isə Romasayağı salam verən İtaliya Sosial Respublikasının keşişlərini xatırlatdığını vurğulayır. Məqalənin sonunda müəllif tarixi və dini unutmağa və müharibəyə konkret həll yolu tapmağa çağırış edir. 
Məqalə ilə aşağıdakı linkə keçid edərək tanış olmaq mümkündür: https://euractiv.it/section/mondo/opinion/nagorno-karabakh-la-storia-e-la-religione-non-centrano-nulla/ 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.