Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycanın İtaliyadakı səfiri nüfuzlu La Stampa qəzetinə: “Əcnəbi döyüşçülərdən istifadə edən Ermənistandır”

Azərbaycanın İtaliyadakı səfiri nüfuzlu La Stampa qəzetinə: “Əcnəbi döyüşçülərdən istifadə edən Ermənistandır”

İtaliyanın nüfuzlu “La Stampa” qəzetinin jurnalisti Cordano Stabile 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüzü barədə “Dağlıq Qarabağ, dronlar və muzdlular ilə səciyyələnən münaqişə yenidən alovlanır. Azərbaycan səfiri ittiham edir ki, “əcnəbi döyüşçülərdən istifadə edən Ermənistandır”” başlıqlı məqaləsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə müsahibəsində Azərbaycan diplomatının fikirlərinə geniş yer verib.
Məqalədə 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüz törətməsi fonunda təmas xəttində gərgin döyüşlərin getdiyi, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü və ən müasir hərbi texniki vasitələr ilə təxribatlara cavab verdiyi, bu təxribatların davam edəcəyi təqdirdə Ermənistan qoşunlarının müdafiə xəttinin yarılacağı və erməni tərəfinin davamlı şəkildə hərbi texnika və canlı qüvvə itkisinə məruz qalacağı barədə məlumat verilir. 
Jurnalistin Azərbaycanın dialoq üçün şərtlərinin nə olduğu sualına cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə qeyd edir: “Dialoqa apara bilən yeganə yol 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının verdiyi dörd qətnamədə tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasıdır. Otuz ildən çoxdur ki, Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon da daxil olmaqla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistanın hərbi işğalı altındadır. Bir milyondan çox vətəndaşımız öz doğma yurdundan zorla qovularaq qaçqın və məcburi köçünə çevrilmişdir. Təxminən otuz ildir davam edən danışıqlar heç bir nəticə verməmişdir”. 
Jurnalist məqaləsində böyük maliyyə imkanlarına malik Azərbaycanın son illər öz silahlı qüvvələrinin potensialını müasirləşdirmək üçün 360 dərəcədə silahlar əldə etdiyini bildirib. Jurnalistin bu silahları Azərbaycanın necə əldə etdiyi sualına cavab olaraq diplomat bildirir: “Biz müdafiə qabiliyyətimizi daha da gücləndirmək üçün bütün mümkün təchizatçılardan bazar qiymətinə silah alırıq və bunu həmişə açıq bəyan edirik. Soruşmaq lazımdır ki, Ermənistan kimi kasıb, maliyyə resursları olmayan və borc içində boğulan bir ölkə bu qədər silahları necə alır? Sirr deyildir ki, 12 iyul hadisələrindən sonra Ermənistan müxtəlif istiqamətlərdən min tondan çox hərbi yük idxal etmişdir.” 
Məqalədə M.Əhmədzadənin fikirlərinə istinadən qeyd olunur ki, Ermənistan Azərbaycana qarşı qəfil hücum etmək üçün yeni müharibəyə hazırlaşmış və 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini iri çaplı silahlar və ağır artilleriya qurğularından atəşə məruz qoymaqla növbəti təxribata başlamışdır. “Azərbaycanın digər ölkələrin ərazisində heç bir hərbi məqsədi yoxdur. Sual olunmalıdır, Ermənistan qoşunları bizim torpaqlarda nə edir?, deyə M.Əhmədzadə bildirir.
Azərbaycan diplomatı, eyni zamanda jurnalistin sualına cavab olaraq, guya Azərbaycan ordusunun tərkibində Yaxın Şərqdən gətirilən muzdluların döyüşməsi barədə Ermənistan tərəfindən qəsdən və məqsədli şəkildə ortaya atılmış dezinformasiyaya da münasibət bildirir: “Azərbaycan ordusu öz ərazilərinin və xalqının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Azərbaycanın lazımi təlim görmüş ordusu və səfərbər olunmaq üçün potensial ehtiyat qüvvəsi vardır. 2 milyon əhalisi olan Ermənistan ilə müqayisədə 10 milyon nəfər əhaliyə malik ölkəmizin insan resurslarına ehtiyac yoxdur”. M.Əhmədzadə, eləcə də Ermənistan prezidenti Armen Sarkisianın bu günlər Əl-Cəzirə televiziya kanalına müsahibəsində Ermənistan tərəfində əcnəbi döyüşçülərin vuruşduğunu təsdiq etdiyi fikirlərinə istinad edib: "Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik". Azərbaycan səfiri əlavə edib ki, Ermənistan prezidentinin bu fikirlərinə şərh verməyə ehtiyac yoxdur, təəccüb doğuran isə bu fikirlərin beynəlxalq ictimaiyyət tərəfindən lazımi şəkildə qınanılmamasıdır.
Məqalə ilə aşağıdakı linkə keçid edərək tanış olmaq olar: https://www.lastampa.it/topnews/primo-piano/2020/10/03/news/nagorno-karabakh-riesplode-il-conflitto-con-droni-e-mercenari-1.39379512 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.