Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Vüsal Qasımlı Ermənistanın işğal siyasəti barədə beyin mərkəzlərinə müraciət etdi

Vüsal Qasımlı Ermənistanın işğal siyasəti barədə beyin mərkəzlərinə müraciət etdi

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı dünyanın aparıcı beyin mərkəzlərinə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinə son qoyulması mövzusunda müraciət edib.
Müraciətdə deyilir ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin 2020-ci ilin sentyabr ayının 27-də səhər saatlarında atəşkəs rejimini kobud şəkildə pozaraq başladıqları hərbi təxribat nəticəsində Azərbaycan Respublikasının yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb: “Bu təcavüz nəticəsində Azərbaycanın 24 dinc sakini, o cümlədən 4 uşaq həlak olub. Mülki əhalidən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Xüsusi narahatlıqla bildiririk ki, son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın Gəncə, Xızı, Abşeron, Mingəçevir kimi iri yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılmışdır. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874 və 884 saylı) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn tərəfində olmağa çağırır.” 
V.Qasımlının müraciəti etdiyi 100-dən artıq beyin mərkəzləri arasında ABŞ, Türkiyə, Avropa İttifaqı, Yaponiya, Çin, Rusiya və başqa ölkələrin qurumları var. Müraciətin ünvanlandığı nüfuzlu beyin mərkəzi rəhbərləri bunlardır: Thomas J. Pritzker (CSIS), James M. Acton (Carnegie Endowment for International Peace), Kelly Adams (Heritage Foundation), Adam S. Posen (Peterson Institute for International Economics), Sarah Rosen Wartell (Urban Institute), Rajiv Vinnakota (Wilson Center), Neera Tanden (Center for American Progress), Frederick Kempe (Atlantic Council), Michael D. Rich (RAND Corporation) və s.
Zənurə Talibova 
Kommunikasiya Departamentinin rəhbəri


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.