Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » “Ermənistanın resurs müharibəsində perspektivsizliyi” mövzusunda video xarici dillərdə yayılıb

“Ermənistanın resurs müharibəsində perspektivsizliyi” mövzusunda video xarici dillərdə yayılıb

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının “Ermənistanın Azərbaycanla resurs müharibəsində perspektivsizliyi” mövzusunda çıxışı erməni, rus və ingilis dillərinə çevrilərək yayılıb. 
  Videoda qeyd edilib ki, Ermənistanın provokasiyalarına cavab olaraq başlanılmış müharibədə Ermənistanın itkiləri getdikcə artır. Materialda itkilər dörd istiqamətdə qruplaşdırılır: hərbi texnika və sursat, hərbi infrastruktur, canlı qüvvə və müharibənin maliyyələşdirilməsi. Artıq Ermənistan hərbi büdcəsini daha da artırmağa hazırlaşır və bu yolla Azərbaycanın ərazilərinin işğalını davam etdirmək xülyasındadır. Militarist siyasət yürüdən Ermənitsanda əhalinin hər dördündən biri yoxsuldur və adambaşına xarici borc 2 min ABŞ dollarını keçir. Ermənistanı iqtisadi, sosial və siyasi böhran təhdid edir. Videoda qeyd olunub ki, dövlət borcu ÜDM-in 60 faizi və büdcə kəsiri ÜDM-in 5 faizi həddində olan Ermənistanın resurstutumlu müharibədə qısa müddətdə məğlubiyyəti qaçılmazdır. Təkcə bir müqayisəni demək kifayətdir ki, strateji valyuta ehtiyatlarına görə Azərbaycan Ermənistanı 20 dəfədən çox, dövlət büdcəsinin həcminə görə isə 5 dəfəyə qədər üstələyir.
“Ermənistanın Azərbaycanla resurs müharibəsində perspektivsizliyi” mövzusunda videonu hər üç dildə - rus, ingilis və erməni dillərində aşağıdakı linklərdən izləmək olar:
https://www.youtube.com/watch?v=XvC-BBRZRYY
https://www.youtube.com/watch?v=qEWjehUtzac
https://www.youtube.com/watch?v=vXgOVTinQKc

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.