Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycanın İtaliyadakı səfiri erməni parlamentarın cavabını verib

Azərbaycanın İtaliyadakı səfiri erməni parlamentarın cavabını verib

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Radio Sparlamento” radiosunun RİSİKO verilişinin Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərinə həsr olunmuş 30 sentyabr tarixli buraxılışında iştirak edib. Verilişdə, habelə italyan jurnalistlər Antonio Albanese və Graziella Giangiulio, eləcə də Ermənistan parlamentində İtaliya ilə dostluq qrupunun sədri Maria Karapetyan da iştirak edib.
Erməni deputatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hazırda baş verən hərbi əməliyyatlara dair cəfəng fikirlərinə cavab olaraq, Azərbaycan diplomatı münaqişənin tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlər, münaqişənin sülh yolu ilə həlli istiqamətində ölkəmizin hər zaman göstərdiyi konstruktiv yanaşma, lakin Ermənistan tərəfindən danışıqların uzadılması və status kvonun saxlanılması cəhdləri, xüsusilə də son aylarda Ermənistanın davamlı təxribatçı addımları barədə ətraflı məlumat verib. 
Diplomat 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yeni hərbi təcavüz cəhdləri və bunun qarşısını almaq istiqamətində Azərbaycan silahlı qüvvələrinin gördüyü cavab tədbirləri, hərb meydanında məğlub olmaqda olan erməni tərəfinin yeni təxribatlara əl atdığı və ölkəmizə qarşı yeni dezinformasiya kampaniyasına başladığını deyib və erməni tərəfinin yaydığı yalanları müvafiq arqumentlərlə ifşa edib. 
Diplomat, eləcə də jurnalistlərin hərbi əməliyyatlar, münaqişənin həlli və aidiyyəti mövzuda digər suallarını cavablandırıb. 
Radio verilişini aşağıdakı keçiddən dinləmək mümkündür:
https://radiosparlamento.it/armenia-azerbaigianle-cause-del-conflitto/?fbclid=IwAR1Hklf_burs4_YOLaEIKGYk_nZP3NkVFor1E4JMduPcskOHH1SPTp6qJ9Y

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.