Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » BMT-nin Avropa İqtisadi Komissiyasının iclasında iştirakçılar Ermənistan tərəfindən Azərbaycanın ərazilərində törədilən ekoloji terrorun qətiyyətlə qınanılmasına çağırılıb

BMT-nin Avropa İqtisadi Komissiyasının iclasında iştirakçılar Ermənistan tərəfindən Azərbaycanın ərazilərində törədilən ekoloji terrorun qətiyyətlə qınanılmasına çağırılıb

Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının iclası keçirilib.
        
Videokonfrans formatında keçirilən iclasa dünyanın 100-dən çox ölkəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi  qatılıb. 
Tədbirin əsas mövzusu suyun mühafizəsi üzrə transsərhəd əməkdaşlığın gücləndirilməsi və suya bərabər çıxışın təmin edilməsi idi.
        
ETSN-nin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı çıxış edərək görüş iştirakçılarını Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında olmasını qeyd edərək Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktlarının qınanılmasına çağırıb.
O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, qarşı tərəf bu qətnamələrə məhəl qoymur. Əksinə, işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradaraq qanunsuz fəaliyyət aparır.
Beynəlxalq ekoloji ictimaiyyətə müraciət olunaraq, Ermənistanın regiondakı işğalçı siyasətinə, bunun nəticəsində illərlə davam edən ekoloji terrora son qoyulması üçün qətiyyətli tədbirlərin görülməsinə çağırış edilib. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.