Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ombudsmanın mətbuata açıqlaması

Ombudsmanın mətbuata açıqlaması

2020-ci il 27 sentyabr tarixində saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrini, xəstəxanaları, inzibati binaları, yanacaqdoldurma məntəqələrini, avtovağzalları və digər sosial obyektləri müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan intensiv şəkildə atəşə tutmaqda davam edir.
Təəssüf hissi ilə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri davamlı olaraq ağır artilleriya atəşinə tutması nəticəsində mülki əhali arasında çoxsaylı ölən və yaralananlar vardır.
Ümumilikdə, bu günə qədər mülki əhalidən ikisi uşaq, ikisi ahıl olmaqla, 19 nəfər həlak olub, bir ailə tam qətlə yetirilib, 55 nəfər isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Bu gün səhər saatlarında isə Ermənistan silahlı qüvvələri məcburi köçkünlərin məskunlaşdığı Tərtər şəhəri Şıxarx qəsəbəsində yerləşən uşaq bağçasına ağır artilleriyadan zərbələr endiriblər.
Təcavüzkar Ermənistan tərəfindən Azərbayanın mülki əhalisinə qarşı qeyri-insani hərəkətlər hazırda da davam etdirildiyindən bu rəqəmlər hər an arta bilər. 
Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozması ilə bağlı çoxsaylı faktlar tərəfimizdən davamlı olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılır, Ermənistanın qeyri-insani hərəkətlərinə son qoyulması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçünün götürülməsi tələb edilir.
Mətbuat Xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.