Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Vüsal Qasımlı: “Ermənistan resurs müharibəsinə hazır deyil”

Vüsal Qasımlı: “Ermənistan resurs müharibəsinə hazır deyil”

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Ermənistanın Azərbaycanla resurs müharibəsində perspektivsizliyi” mövzusunda mətbuat konfransı keçirmişdir.
İİTKM-in rəhbəri bildirib ki, Azərbaycan Ordusunun əks-həmləsi Ermənistan üçün ağır başa gəlib: “İlk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 1,2 milyard ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilmişdir. Ən əsası məhv edilən hərbi infrastrukturdur ki, bunun da yaradılmasına düşmən tərəfi onilliklər sərf etmişdir. Ermənistanın hərbi texnika və sursat itkilərinin maliyyə tutumu onun dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərinin həcmini iki dəfə üstələyir. Eyni zamanda ilk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdə birinə bərabərdir. Nəzərə almaq lazımdır ki, Ermənistanın itkiləri təkcə hərbi infrastruktur, hərbi texnika və sursatla bitmir. Erməni tərəfi həm də müharibənin maliyyələşdirilməsi zərurəti və canlı qüvvə tələfatı ilə üzləşir.”
Vüsal Qasımlının sözlərinə görə, belə resurstutumlu müharibəni maliyyələşdirmək üçün Ermənistanın dövlət büdcəsi yetərli deyil: “Dövlət borcu ÜDM-in 60 faizi və büdcə kəsiri ÜDM-in 5 faizi həddində olan ölkənin resurstutumlu müharibədə qısa müddətdə məğlubiyyəti qaçılmazdır. Təkcə bir müqayisəni demək kifayətdir ki, strateji valyuta ehtiyatlarına görə Azərbaycan Ermənistanı 20 dəfədən çox, dövlət büdcəsinin həcminə görə isə 5 dəfəyə qədər üstələyir.”
V.Qasımlı həmçinin bildirib ki, artıq Ermənistan milli valyuta - dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üzbəüzdür: “Azərbaycan Ordusunun uğurlu əks-həmləsi Ermənistanın onsuz da yüksək olan risk dərəcəsini bir qədər də artırır və ölkədən valyuta axınını sürətləndirir. İndi bu ölkəyə sərmayə qoymaq və borc vermək daha da riskli olmuşdur. Proseslərin belə davamı Ermənistanda yoxsulların sayının da kəskin artmasına səbəb olacaqdır. Beləliklə, düşmən ölkəni əvvəlcə iqtisadi, sonradan isə həm də sosial və siyasi böhran gözləyir.”
   Vüsal Qasımlı sonda bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Ermənistanın cəbhə xəttində törətdiyi provokasiyalardan sonra yaranmış vəziyyətlə bağlı dünyanın aparıcı beyin mərkəzlərinə müraciətlər etmişdir.
Zənurə Talibova 
Kommunikasiya Departamentinin rəhbəri


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.