Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistan tərəfindən Azərbaycanın Şəmkir və Bərdə rayonlarının atəşə tutulması ilə bağlı açıqlaması

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistan tərəfindən Azərbaycanın Şəmkir və Bərdə rayonlarının atəşə tutulması ilə bağlı açıqlaması



Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, 2 Oktyabr 2020-ci il tarixində günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur. Ermənistan silahlı qüvvələri, həmçinin işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.
Mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarını, eləcə də bu xüsusda üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozur.
Təcavüz siyasətini davam etdirən Ermənistan, ölkə rəsmilərinin bəyan etdiyi kimi “yeni ərazilər əldə etmək üçün yeni müharibə” taktikasını həyata keçirməyə çalışır.
Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin həmlələrinə adekvat cavab verəcəkdir. Bir daha bəyan edirik ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.