Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycanın İtaliyadakı səfiri İtaliyanın nüfuzlu “Adnkronos” xəbər agentliyinə müsahibə verib

Azərbaycanın İtaliyadakı səfiri İtaliyanın nüfuzlu “Adnkronos” xəbər agentliyinə müsahibə verib

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın nüfuzlu “Adnkronos” xəbər agentliyinə Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü ilə bağlı müsahibə verib. Müsahibəsində diplomat hazırkı toqquşmaların dayandırlmasının yeganə yolunun Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması olduğunu və başqa həll yolunun olmadığını bildirir. 
M.Əhmədzadə xatırladır ki, Azərbaycan 3 gün deyil, 30 ildir ki müharibədədir və Ermənistanın siyasi və hərbi rəhbərliyi hazırkı vəziyyətə görə tam məsuliyyət daşıyır”. “Bakının yeganə bir məqsədi vardır: öz ərazi bütövlüyünü təmin etmək və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz suveren ərazisində təhlükəsizliyini təmin etmək. Çünki Ermənistan qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu bizim suverenliyimizə, eləcə də bütöv regionun sabitliyinə təhdiddir”, deyə diplomat vurğulayıb.  
M.Əhmədzadə qeyd edib ki, hazırkı toqquşmaların səbəbi odur ki, 30 ildən artıqdır ki Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistanın hərbi təcavüzü altındadır. “Bu ərazilərdə Ermənistan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmişdir və bir milyondan artıq vətəndaşımız öz doğma torpaqlarından zorla qovularaq qaçqın və məcburi köçkünə çevrilmişdir və onların öz evlərinə qayıtmaq, hətta öz ailə üzvlərinin qəbirlərini ziyarət etmək hüququ pozulmuşdur. Ermənistan həmçinin mülki azərbaycanlılara qarşı çoxsaylı müharibə cinayətləri, xüsusilə 1992-ci ildə Xocalı soyqırımını törətməkdə günahkardır”, deyə vurğulayır.
Diplomat qeyd edib ki, bazar günü baş verənlər Ermənistanın son aylar həyata keçirdiyi təxribatların davamıdır. “Xatırlatmaq istərdim ki, bu təxribatlar sırasında 12-16 iyul tarixlərində Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində hücum etmək cəhdi,hansı ki bu ərazi Azərbaycanın karbohidrogen resurslarının Avropa bazarlarına, xüsusilə İtaliyaya nəql olunması üçün strateji əhəmiyyət daşıyır, sonra 23 avqust tarixində Azərbaycanın Goranboy rayonu istiqamətində sabotaj-kəşfiyyat xarakterli təxribat, eləcə də Livandan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi siyasəti və baş nazir Nikol Paşinyanın inqilabi diktaturasının öz xalqının diqqətini ölkədəki daxili acınacaqlı vəziyyətdən və qeyri-real vədləri yerinə yetirə bilməməsindən yayındırmaq, Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədi kimi təxribatçı bəyanatlarını və fəaliyyətini qeyd etmək olar”, deyə səfir bildirib.
M.Əhmədzadə toqquşmalardan əvvəl Azərbaycanın bəyan etdiyi və bu döyüşlərdə təsdiq olunduğu kimi işğal olunmuş ərazilərində Ermənistan tərəfindən Suriya və Livandan gələn şəxslərin muzdlular kimi istifadə olunması məqsədilə yerləşdirildiklərini də bildirib.
Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:
https://www.adnkronos.com/fatti/esteri/2020/10/01/nagorno-ambasciatore-armeno-stop-scontri-con-ritiro-immediato-erevan_BpTtwXi9ZvipmeAg16eMPL.html

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.