Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » “Ürəklər”inizlə Silahlı Qüvvələrə dəstək olun!

“Ürəklər”inizlə Silahlı Qüvvələrə dəstək olun!

Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmək istəyir. Bunu nəzərə alaraq, BirBank mobil tətbiqində sosial aksiya keçirilərək, yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Yardım Fonduna ianə formasında “xərcləyə” bilərlər.
Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 100 000 “Ürək” müqabilində isə 10 manat köçürmək olar.
Qeyd edək ki, BirBank mobil tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.