Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən əlilliyi olan şəxslərin hüquqları ilə bağlı onlayn tədbir keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən əlilliyi olan şəxslərin hüquqları ilə bağlı onlayn tədbir keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzi Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi ilə birgə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin iştirakı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu” mövzusunda onlayn tədbir keçirib. 
Tədbirdə Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki,  Müvəkkil tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini məsələsi daim diqqət mərkəzində saxlanılır. O, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə Müvəkkilin təşəbbüsü ilə aparatın strukturunda yeni sektor yaradıldığını qeyd edib. Həmçinin ötən dövr ərzində Ombudsman tərəfindən sosial xidmət müəssisələrində dövlət təminatında yaşayan əlilliyi olan şəxslərin və ahılların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə səlahiyyətli dövlət qurumlarına özündə çoxsaylı təklif və tövsiyələri əks etdirən müraciətlər edilib, bir çox hallarda onların təmini ilə bağlı zəruri tədbirlər görülüb.
Tədbirdə iştirakçılara müvafiq sahədə mövcud olan beynəlxalq və ölkədaxili standartlar haqqında ətraflı məlumat verilib, Ombudsmanın fəaliyyəti ilə bağlı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Mətbuat Xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.