Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Göygöl və Maralgöl göllərinə körpə forel balıqları buraxılıb

Göygöl və Maralgöl göllərinə körpə forel balıqları buraxılıb

Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, təbii su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə təbii sututarlarına balıq körpələrinin növbəti buraxılışı Göygöl Milli Parkının ərazisində keçirilib. 
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azforel MMC-nin rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə körpə forel balıqları Göygöl və Maralgöl göllərinə buraxılıb. Körpə balıqların göllərə buraxılışı ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
“Balıq ehtiyatlarının artırılması və qorunmasının vacibliyinin təşviqi məqsədilə körpə balıqların təbii su hövzələrinə buraxılışı sentyabrın sonunadək davam edəcək”. 
Xidmət rəsmisi bütün balıq yetişdirən müəssisələri bu kimi aksiyalarda yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə çağırıb.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.