Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara çağırış edib

Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara çağırış edib

Hazırdadünyada baş verənqlobal iqlim dəyişmələri fonunda yağıntıların azalması, havaların mövsümə uyğunkeçməməsi və s. səbəblərbitkilərin vegetativ inkişafına mənfitəsir etməklə yanaşı, qeyri-əlverişlitəbii amillərə daha çox davamlılıq qazanmış zərərli orqanizmlərin aktivləşməsinə, onların yayılmaarealınınvə zərərvurma müddətinin uzanmasına və beləliklə də daha çox itkiyə səbəb olur.
Bununla əlaqədarolaraq respublika ərazisində fitosanitar sabitliyin təminedilməsi üçün kəndtəsərrüfatı sahələri, meşə fondu və digəryaşıllıqzonalarında bitki mühafizə tədbirləri də daxil olmaqla kompleks tədbirlərin təşkili məsələlərinin müzakirəsi, zərərli orqanizmlərin ölkədəki təbiibitki örtüyünə və mədəni əkinlərə vurduğuziyanın və gələcəkdə bu səbəbdənyarana biləcək fitosanitar təhlükəninqarşısının alınması məqsədilə Ekologiya və TəbiiSərvətlər, KəndTəsərrüfatı Nazirlikləri və AzərbaycanQida TəhlükəsizliyiAgentliyi rəhbərlərininvə ekspertlərin iştirakı ilə videoformatda görüş keçirilib.
Görüşdə son illər ölkəyə idxal olunan bir sıraəkin materiallarının (xüsusilə də dekorativ bitkilərin) yerli torpaq-iqlim şəraitinə uyğunlaşmaması, xəstəlik və zərərvericilərə qarşı həssaslığı, quraqlığa qarşı davamsızolması və s. səbəblərdən salınmış yaşıllıqların quruması hallarının qeydə alındığı və vaxtındaqabaqlayıcı tədbirlər görülməzsə, zərərli orqanizmlərin sürətlə artması və yayılması nəticəsində bitki örtüyünə, əsasəndə meşələrə çox ciddi zərər dəyə biləcəyi vurğulanıb. Həmçinin bitkilərinzərərliorqanizmlərdənmühafizəsiistiqamətində sistemli tədbirlərin həyatakeçirilməsininzəruriliyi, idxal olunan bitkiçilik, xüsusən əkin materiallarında zərərsizləşdirmə tədbirlərinin gücləndirilməsi, sahələrdə bitki mübarizə tədbirlərinin görülməsiməqsədilə birgə fəaliyyətin təşkili və monitorinqlərin keçirilməsi məsələləri müzakirə olunub. 
Qeyd olunub ki, sahibkarlar tərəfindən Azərbaycana gətirilən əkin materialları reyestrdə qeydiyyatda olmalı, rayonlaşdırıldığı ərazilərdə mütəxəssis nəzarəti altında əkilməli və düzgün aqrotexniki qulluq işləri təmin edilməlidir.
Sonda ETSN, KTN, AQTA və AMEA-nın mütəxəssislərindən ibarət İşçi Qrupun yaradılması qərara alınıb. Eyni zamanda bitkiçilik məhsullarının idxalı, ixracı, daşınması, yetişdirilməsi və saxlanması ilə məşğul olan bütün sahibkarlıq subyektlərinə müraciət olunaraq, onlar zərərvericilərlə mübarizə tədbirlərini daha effektiv üsullarla həyata keçirməyə çağırılıb və bu işdə onlara mütəmadi olaraq peşəkar mütəxəssislər tərəfindən zəruri metodiki köməkliyin göstəriləcəyi bildirilib.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.