Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Bankların “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir

Bankların “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir. 
İşsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.
2020-ci il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur. 
Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:
1.Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)16.Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) 
2. PVC qapı və pəncərə hazırlanması17.Brolyer inkubatoru
3. Kişi bərbərxanası18.Qadın gözəllik salonu
4. Avtoyağlama19.Avtomobil şinlərinin təmiri
5.Komputer oyun salonu20.Avtoyuma
6.Mebel (Kəsmə, Bant vurma, Oyma işləri)21.Avtoçilingər
7.Dizayner22.Dülgər
8.Dəmirçi23.Dönərçi
9.Avtotornaçı (tokar)24.Yem üyütmə xidməti (mini yem dəyirmanı)
10.Parket və taxta döşəmə cilalanması25.Yun darama
11.Avtoelektrik26.Naxış vurma
12.Meyvə qurutma27.Təlim-tədris
13.Fitnes (idman)28.Musiqiçi
14.Poliqrafiya xidmətləri29.Ayaqqabı təmiri və istehsalı
15.Foto xidməti30.İstixana
          
         Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər: [email protected]; [email protected]
E-mail göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir. 
AZƏRBAYCAN RESPUBLİKASI 
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN 
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.