Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Sentyabr ayına olan hava proqnozu

Sentyabr ayına olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-3 dərəcə yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacaq. Sentyabrın birinci ongünlüyünün birinci yarısında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 22-25 (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 22-25 (gecələr 15-20, gündüzlər 25-30, bəzi günlərdə 35-38) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-13 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 13-18 (gecələr 9-14, gündüzlər 14-19, bəzi günlərdə 23-27) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 33-36) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 17-44 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Orta aylıq temperaturun 19-23 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 23-25 (gecələr 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-38 mm) olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-34) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm) olacağı gözlənilir.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.