Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ərazi məişət tullantılarından təmizlənir

Ərazi məişət tullantılarından təmizlənir

Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində tullantıların çay kənarına atılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.
Araşdırma zamanı Vəndam qəsəbəsindəki Qaraçay və Dəstəmaz çaylarının yaxınlığına tullantıların atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Vəndam bələdiyyəsinin sədri Asif Həşimov barəsində protokol tərtib olunub və o, 2000  manat məbləğində cərimə edilib.
Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi tullantılardan təmizlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.