Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

         Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində Ombudsman Aparatı ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda onlayn tədbir təşkil edilib. Tədbirdə Ombudsman, Aparatın əməkdaşları, habelə əlilliyi olan şəxslər və bu sahədə fəaliyyət göstərən təşkilatların nümayəndələri  iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının səmərəli müdafiəsində Ombudsmanın rolu, bu sahədə vətəndaş cəmiyyəti ilə əməkdaşlığın gücləndirilməsinə dair məruzə ilə çıxış edib. Səbinə Əliyeva BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında” Konvensiyasının 33.2-ci maddəsinə əsasən Ombudsmanın bu sahədə müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirdiyini qeyd edərək, bu əhali qrupunun hüquqlarının təmin edilməsində təsisatın fəaliyyət istiqamətlərini açıqlayıb. Ombudsman əlilliyi olan şəxslər üçün müxtəlif sahələrdə xidmətlərin əlçatanlığının təmin olunması istiqamətində həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli məruzə ilə çıxış ediblər. Çıxışlarda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə strateji yanaşmalar, Ombudsmanın bu sahədə fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. 
Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyətləri, çətinlikləri və qarşıda duran işlərlə bağlı geniş məlumat veriblər. Tədbirdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqı, Qarabağ Əlillər və Veteranlar Cəmiyyəti, “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi, Əlil Qadınlar Cəmiyyəti, Azərbaycana Birgə Yardım (UAFA) Təşkilatının Gəncə şöbəsi, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin nümayəndələri bir sıra təkliflərlə çıxış ediblər.
Tədbirdə əlilliyi olan şəxslərin qarşılaşdığı problemlər səsləndirilib. Ombudsman Səbinə Əliyeva müraciətləri dinləyib, sualları cavablandırmaqla yanaşı, qaldırılan məsələləri diqqətdə saxlayacağını bildirib. 
Yekunda Ombudsman təsisatı ilə əlilliyi olan şəxslərin təmsil olunduğu vətəndaş cəmiyyəti institutları arasında gələcək əməkdaşlıq istiqamətləri üzrə  müzakirələr aparılıb.
Mətbuat xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.