Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Əliş BAXŞALIOĞLU ŞEİRLƏR

Əliş BAXŞALIOĞLU ŞEİRLƏR

VƏTƏNSİZ
Taleh bəd gətirdi, düşdüm qürbətə, 
Saraldı üzümün rəngi vətənsiz.
Şad olmaz ürəyim, açılmaz eynim, 
Çalınmaz toylarda "Cəngi" vətənsiz.

Gəzərəm hər zaman qəmli, yaralı, 
Dağların başını duman, qar alı, 
Elsiz olanların qəlbi yaralı, 
Çalınmaz məktəbin zəngi vətənsiz.

Əlişəm, həsrətdən alışıb yandım, 
Yurdsuz olanların halını qandım.
Vətənsiz olmaqdan payımı aldım, 
Deyib gülməz oğlu, gənci vətənsiz.

LAÇIN
Zirvəsi buludlu ulu dağların 
Qoynunda oturub yurd saldı Laçın.
Yalçın qayaları, yaşıl meşəsi, 
Narzan bulaqları saf baldı Laçın.

Düşmənlə üzbəüz mərdanə durdu, 
Sultan bəy orada topxana qurdu.
Erməni daşnağın qulağın qırdı, 
Səs salıb dünyaya, ad aldı Laçın.

Neçə yol yağıyla düşdü davası, 
Taxıldı gözünə polad yabası.
Nər kişilər, şir analar balası, 
Qoydular tarixdə - iz qaldı, Laçın.

Yayda yaylağıydı bütün elatın, 
Paylardı ellərə sovqat baratın. 
Düşmən əlindədir, gəlmir xələtin, 
Dağıldı el-oba, kül oldu Laçın.

Yığılın başıma, yurd igidləri, 
Teyləyək yağını, yar ürəkləri, 
Qaytarın Əlişə xoş diləkləri, 
Haydı, səfərimiz bu yoldu, Laçın.

VAR 
Taxtakörpüdə eşitdim ki. torpaq tökürlər ki, Laçın dağı olsun.

Tökülən torpaqdan dağlar yaranmaz, 
Dağların dumanı, çəni, qarı var.
Yal-yamacı gül-çiçəkli mənzərə, 
Arı şirə çəkər, xalis barı var.

Ağ çadırlar sinəsində qurular, 
Qoyun-quzu ətrafında dolanar.
Axşam-səhər inəkləri sağılar, 
Axtarma motalı, kərə yağı var.

Lalə, bənövşəsi olur dağların. 
Çovğunu, boranı, olur dağların, 
Qarı gələn ilə qalır dağların, 
Yayda sərinləyən qonaqları var.

Dağlar İlahidən yaranmış olur, 
Bir yandan boşalır, bir yandan dolur. 
Dağların adları milyon il qalır, 
Buz bulağı, hay-haraylı çayı var.

Nə ad qoyulacaq qondarma dağa, 
Ellər yenə qonacaqmı sol-sağa?!
Əliş deyir: xam xəyaldır, ay qağa, 
Laçının möhtəşəm, gözəl dağı var.
19.06.2013

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.