Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Xatirə RƏHİMBƏYLİ Şeirlər

Xatirə RƏHİMBƏYLİ Şeirlər

XƏBƏR ÇATDI?..
Xəbər çatdı axır sənə?Gülürsən...
Üsyan edib göz yaşımı devirdim.
Sən nə deyib unutmusan,bilmirəm,
Mən ki səni əziz bilib sevirdim.
Fikir vermə,öyrənmişəm dilini,
Danışıram gah ağacla,gah quşla.
Buraxmışam ta başını
                      Kölgəmi
Sən ürəklə gah qılıncla,gah daşla...
Başqacürə düşünür ta adamlar,
Belə sevmək,belə yazmaq günahdı.
Ayrılığa amma düşnür gecələr,
Ürəyimiz açılmayan sabahdı...
Ləngər verdi,çalxalandı bu dünya,
Hərə tutdu bir ətəyin ücündan.
Ah,neyləyim,bu sevdadan qopmadım,
Kim qopdusa,ruhu ölür acından...
Xəbər çatdı axır sənə?Gülürsən?...
ALLAHIM, SƏN BİLİRSƏN…
İnsanlıq azaldıqca
Boğulur bəşəriyyət.
Məzlumlar da suç işləyir,
Zalımlaşır mərhəmət.
Düzünü sən bilirsən,ALLAHım,
          Sən bilirsən...
İnsanlıq sənə dartınır,ALLAHım,
Bütün var gücüylə.
Kimisi oynaya-oynaya gedir,
Kimisi biləyə dolanan saçıyla.
Kimisi dizin-dizin sürünür,
Kimisi göyləri yandıran acıyla...
Düzünü sən bilirsən,ALLAHım,
          Sən bilirsən....
Dünya məzlum yaralıdı,
Bütün yaraları qanayır.
Adəmdi,Həvvadı,Şeytandı,
Hamı onları yanıyır.
Bütün günahkar bəndələr
Elə hey səni qınayır...
Düzünü sən bilirsən,ALLAHım,
         Sən bilirsən....

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.