Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » DOĞMA YURD, TORPAQ HƏSRƏTLİ MİSRALAR

DOĞMA YURD, TORPAQ HƏSRƏTLİ MİSRALAR

Bu günlərdə facebook sosial şəbəkəsində ilk dəfə şeirini oxudum və misraların təbiiliyi, səmimiliyi məni çəkdi. Sən demə, bir kənddən imişik, Ər təpənin sinəsində böyüyüb, dağların saf havasını udub, bulaqların dərdlərə dərman sularından içib böyümüşük.
Vəliyeva Qızqayıt Nuruş qızı 1976-cı il yanvarın 15-də Laçın rayonunun Mişni kəndində anadan olub. 1993-cü ildə orta təhsilini başa vuraraq, Azərbaycan Pedaqoji Universitetinin pedaqogika-psixologiya fakültəsinə daxil olub. Hazırda Habil Həsənov adına Mişni kənd tam orta məktəbində praktik psixoloq kimi çalışır. Ailəlidir, bir oğlu, bir qızı var.
Qızqayıt xanımın bir neçə şeirini oxuculara təqdim edir, ona uğurlar arzulzyıram!..
Şöhlət ABBAS.
Qızqayıt VƏLİYEVA
DÖRDLÜKLƏR
Vətən adlı bir sevdaya düşmüşəm,
Vüsal yaxın gəlmir, həsrət can almır.
Ayrılıq şərbətin çoxdan içmişəm,
Loğmani tapilmir, yaram sağalmir.
* * *
Mənim ətir dolu qönçə çiçəyim,
İlhamım,istəyim,arzum ,diləyim,
Şəbnəm tək gül üstə yorğun mələyim,
Nağıla bənzərsən,nağıla,Mişni,
İstərəm ki,hamı çağıra: "Mişni!!!!"
  * * *
Xəyal quşum o kimsəsiz yurdumun
Üzərində bir meh kimi dolanır.
Bu gecə cəm olmuş fikir ordumun
Karvanı Mişnimin üstdə dayanır.
* * *
Taleyimdə gəzdi hicranın əli,
Soldurdu bağçamı qürbətin yeli,
Kaş ki aparaydı Vətənin seli
Qürbətdə xoş keçib-bitən ömrümü!..
XOCALI DƏRDİ
Kim bu müsibəti götürə bilər,
Bir əsrə üç dəfə yandırılasan.
Kim buna bir misal gətirə bilər,
Üç yerdən üç dəfə sındırılasan!?
Gözlər gözlü olub, görməsin bunu,
Tanrım heç kimsəyə verməsin bunu,
5, 18, 92 oyunu,
Əsrdə neçə yol qandırılasan?
5-də qaçqın oldu dinə bilmədi,
Agladı, dərdini bilən olmadı,
Yox-yox, bu faciə dünən olmadı,
Necə sirr, ...atəşdə dondurulasan?
Oldu 1905-ci ildə,
"Gülüstan","Türkmənçay" ,neçənci ildə,
Ya türk türk qanını içənmi ildə?
Bu gün hansı dərslə qandırılasan?
Bəlkə, Vaqif məktub yazanda oldu,
Qacarın qəbrini qazanda oldu?
Bu dərdi danışan ozan da oldu,
Ancaq pərgarını pozan olmadı,
Bu dərdə bir qəbir qazan olmadı.
QIZ BALAN ÜÇÜN 
Tellərin üzündə pərişan olub,
Qəlbin eşq oduyla alışan olub,
Üç ay bundan əvvəl bir nişan olub,
Bu gün toy tutulur ,o nişan üçün.
Ağlama, bəri gəl ,ay qız anası,
Göylərdə parlayan ulduz anası,
Demə ki qalacaq yalnız anası,
Xeyir-duanı ver qız balan üçün.
Ata, irəli gəl, dizin əsməsin,
Möhkəm ol, nitqini qəhər kəsməsin.
Bu gün ürəklə de “bala” kəlməsin,
Yeni bürc tikirsən öz qalan üçün,
Gəl, xeyir-dua ver qız balan üçün.
                                    2001.
SƏN HEÇ VAXT UNUDA BILMƏZSƏN MƏNI!
Yenə ötüşəcək durna qatarı,
Xatirəm yadına salacaq məni,
Yenə qayıdacaq eşqin baharı,
Könlün min həsrətlə anacaq məni.
Dağlarda dumana çevriləcəyəm,
Qar olub saçına ələnəcəyəm,
Gözündən yaş olub sellənəcəyəm,
De, kim özgəsinin sanacaq məni?
Dönəcək həsrətə yaz yuxuların,
Bu eşq kirpiyindən asılacaqdır.
Köçünü sürəcək vaxtsız baharın,
Gözlərin hər yerdə soracaq məni.
Udub qəhərini, dözəcəksənmi,
Özgə birisini sevəcəksənmi,
Yenə xoşbəxt-xoşbəxt güləcəksənmi?
Kədərim, həsrətim saracaq səni....
Sən heç vaxt unuda bilməzsən məni!

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.