Azərbaycanca Russin English
İsti xəbərlər:
» İyunun 02-də» İyunun 01-də» 2023-cü il IYUN ayına olan hava proqnozu» Mayın 31-də» Mayın 29-da» Havanada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib» Mayın 26-da» Mayın 25-də» Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərh» Mayın 24-də» Azərbaycan vətəndaşları Suriyadan repatriasiya olunub» YADDAŞLARA KÖÇƏN İNSAN» Mayın 18-də» Yazığım gəlir» Ermənistan tərəfindən növbəti hərbi təxribatlar barədə mətbuat məlumatı» Mayın 11-də» Kitablarımın, Milli Kitabxananın saytında olan linkləri.» Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib» Mayın 04-də» Berlində “Azərbaycan və Avropanın enerji təhlükəsizliyi” mövzusunda tədbir keçirilib
Pilleler » Xəbərlər » Berlində “Azərbaycan və Avropanın enerji təhlükəsizliyi” mövzusunda tədbir keçirilib

Berlində “Azərbaycan və Avropanın enerji təhlükəsizliyi” mövzusunda tədbir keçirilib


 

Azərbaycanın Almaniyadakı Səfirliyində Almaniyanın 1500-ə yaxın şirkətini özündə birləşdirən “Liberaler Mittelstand” təşkilatı ilə birgə Avropanın və Almaniyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna dair tədbir keçirilib.

 Tədbirin əvvəlində “Liberaler Mittelstand” təşkilatının Berlin nümayəndəliyinin rəhbəri Xristian Qrosse Azərbaycanın indiyədək qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən danışıb, enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın əsas və etibarlı təchizatçılardan biri olduğunu bildirib.

 Sonra səfir N.Ağayev tədbir iştirakçılarına Azərbaycanın enerji siyasəti barədə məlumat verib. Bu xüsusda, ölkə rəhbərliyinin qətiyyətinin və uzaqgörən siyasətinin həlledici amil olduğunu söyləyən səfir Xəzərin zəngin karbohidrogen ehtiyatlarını Qərb bazarlarına açmış “Əsrin müqaviləsi”nin tarixi önəmindən bəhs edib, bu müqavilə çərçivəsində istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, regionun ümumi siyasi transformasiyasına, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verdiyini vurğulayıb. N.Ağayev ölkəmizin neft ixracatçısı olmaqla yanaşı, son illər ərzində etibarlı qaz təminatçısına da çevrildiyini vurğulayıb. Bununla əlaqədar, Cənub Qaz Dəhlizinin reallaşdırılması və “Şahdəniz” qazının Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri ilə nəqlinin Avropanın enerji təhlükəsizliyinə müsbət təsirlərindən söz açıb. Keçmişdə bir çoxlarının Cənub Qaz Dəhlizinin reallaşmasına şübhə ilə yanaşdığını xatırladan N.Ağayev bu layihənin artıq reallığa çevrildiyini və bu məqamın bir daha Azərbaycan rəhbərliyinin enerji siyasətinin prinsipiallığına və uzaqgörənliyinə dəlalət etdiyini diqqətə çatdırıb.

 Daha sonra, N.Ağayev Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı atdığı addımlara toxunub. O, “yaşıl hidrogen” və “təmiz enerji” layihələri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

 Səfir N.Ağayev, həmçinin Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində törədilmiş kütləvi dağıntılar və hazırda aparılan bərpa və quruculuq işləri ilə bağlı məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

 Nurçin Əliyev,
 Azərbaycanın Almaniyadakı Səfirliyinin mətbuat müşaviri
 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.