Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » 2023-cü il YANVAR ayına olan hava proqnozu

2023-cü il YANVAR ayına olan hava proqnozu

Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox  olacağı ehtimal olunur. 

Yanvar ayının 05-dək hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edir. 

 Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, üçünçü ongünlüyün bəzi günlərində 3 dərəcəyədək dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 18-28 mm).                           

Naxçıvan  Muxtar  Respublikasında   havanın orta aylıq  temperaturunun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, dağlarda 18-20 dərəcə şaxta, gündüzlər  3-8 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma   14-25 mm).             

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun  3 dərəcə şaxtadan 1 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər  1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 16-28   mm).                           

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun  1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu  0-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə  isti, bəzi günlərdə 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma  10-32 mm).                                            

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma  22-49 mm).                                           

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun  2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək  isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər normadan çox   olacağı ehtimalı var (norma 17-31 mm).                                           

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, dağlarda 10-15 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir. Bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 44-98 mm). 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.