Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » BAKI SLAVYAN UNİVERSİTETİNİN ALİMLƏRİ BEYNƏLXALQ SİMPOZİUMDA

BAKI SLAVYAN UNİVERSİTETİNİN ALİMLƏRİ BEYNƏLXALQ SİMPOZİUMDA

20-22 oktyabr 2022-ci il tarixində Türkiyənin Alanya Alaaddin Keykubad Universitetinin təşkilatçılığı ilə XIV Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu keçirilib. 19 ölkədən 358 alimin iştirak etdiyi bu simpoziumda Bakı Slavyan Universitetini (BSU) Filologiya fakültəsinin dilçi alimləri dos. Gülnarə Əliyeva-Koşkun və  dos. Ziyafət Qasımova uğurla təmsil ediblər.

Layihə müəllifi prof. A.Gözəlin açılış nitqi ilə başlayan simpozium prof. A.B.Ercilasun, prof. U.T.Günay, prof. G.Gülsevin, prof. N.Demir və prof. F.Kılıçın çıxışları ilə davam  etdirilib. Beynəlxalq tədbirdə Mahmud Kaşğarlının “Divanü Lüğəti’t-Türk” - 950, Əlişir Nəvai və türkcə, türk dili və türk mədəniyyəti araşdırmaları, tarixi və müasir türk dilləri, türk lüğətçiliyi, dialektologiya, dil siyasəti, dünyada türkologiya və türkcə təhsil, türk xalqları ədəbiyyatına dair məruzələr dinlənilib.

Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının dosenti Gülnarə Əliyeva-Koşkun “Postsovet dövrü Azərbaycanda lüğətçilik araşdırmaları”, Azərbaycan dilinin tədrisi metodikası kafedrasının əməkdaşı dosent Ziyafət Qasımova “Azərbaycan Üniversitetlərində “Akademik yazı və oxu (Türkiyə türkcəsi)” dərslərində Türkiyə türkcəsinin öyrədilməsi haqqında (Bakı Slavyan Üniversiteti örnəyi)” mövzularında məruzələrlə çıxış ediblər. Alimlərin çıxışları maraqla dinlənilib. İştirakçılara təşkilat komitəsi tərəfindən sertifikatlar təqdim olunub. Simpoziumun elmi heyətinin üzvü olan dos. Gülnarə Əliyeva-Koşkun həm də bölmə iclaslarının birinə sədrlik edib.

Üç gün davam edən simpozium müxtəlif mövzular üzrə təşkil olunan bölmə iclasları ilə öz işini davam etdirib. Bölmə iclaslarından sonra simpozium iştirakçıları üçün təşkil olunan “Çırpınırdın Qara Dəniz” mahnısı ilə Türk dünyasının məhəbbətini qazanan, “İki dövlət, bir millət” sözünə sadiq qalan Azərinin konserti ilə Alanya Alaaddin Keykubad Universitetində tarixi qardaşlıq və birlik örnəyi göstərilib. Simpoziumun sonuncu günü qonaqlar Alanya şəhərinin tarixi və görməli yerləri ilə tanış olublar.

Təranə ŞÜKÜROVA.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.